12px13px15px17px
Tarix:19/06/13

“Google” alyans yaradır

“Google” şirkəti bir sıra özəl maliyyə fondları və şirkət idarəçiləri ilə alyansların yaradılması haqda danışıqlar aparır.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu danışıqlar çərçivəsində perspektiv şirkətlər və startuplar alınacaq.

Bu cür alyanslar “Google” şirkətinə tələb olunan maliyyə dəstəyi və razılaşmaları strukturlaşdırma imkanı verəcək. Maliyyə şirkətləri müstəqil məsləhətçi və sazişlər üzrə auditor şəklində çıxış edəcəklər. “Google” şirkətinin proqramlar üzrə direktoru Don Harrison bildirib ki, hazırda şirkət imkanlarını genişləndirir. “Yeni şirkətlər yeni texnologiyalar deməkdir”.

Maliyyə şirkətləri də “Google” şirkətinə yeni şirkətlərlə birləşmək və onları almaq strategiyasının müəyyən edilməsində köməklik etmək niyyətindədirlər. Harrisoun sözlərinə əsasən, “Google” orta hesabla həftədə bir şirkət alır, bu da digər İT şirkətlərin göstəricilərindən xeyli çoxdur. Lakin hətta bu cür templəri nəzərə alaraq şirkət hesab edir ki, bazarda hələ də böyük potensial mövcuddur.

Bu ilin əvvəlindən dünya iqtisadiyyatında 11 mindən çox şirkətlərin digər şirkətləri alması və birləşməsi ilə bağlı anonslar edilib. Bu şirkətlərin orta alış qiyməti 168 milyon dollar təşkil edib, ümumi qiyməti isə 1,04 trilyon dollar təşkil edib.

Aynur Vəliyeva



Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024