12px13px15px17px
Tarix:19/06/13

“Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya edilib

“Elektron hökumət” portalına müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin əlavə olunması prosesi davam etdirilir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, növbəti olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 5 yeni elektron xidməti portala inteqrasiya edilib. Bu xidmətlərə “Apelyasiya şurasına etirazın (ərizənin) verilməsi”, “Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu” və “Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

Apelyasiya şurasına etirazın (ərizənin) verilməsi xidməti komitənin Apelyasiya şurasına bir sıra müvafiq məsələlərlə bağlı etirazın (ərizənin) elektron qaydada verilməsini əhatə edir. Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidməti xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması-idarəetmə sistemlərinin yaradılması sahəsində fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı və fəaliyyətinin razılaşdırılması barədə attestatın verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu nəzərdə tutur.

Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu xidmətinə ölkədə sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyasının həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulu daxildir.

Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu xidməti vasitəsilə Azərbaycanda standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin elektron qaydada qəbulu həyata keçirilir.

Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu xidməti ölkədə sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyanın həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.

CAHANGİR



Baxış sayı: 1015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024