12px13px15px17px
Tarix:20/06/13

“Instagram”da video yükləmək də olacaq

"Facebook" yaxın zamanda "Instagram" mobil fotomübadilə sistemi çərçivəsində video ilə işləmək üçün alətlər təqdim etmək niyyətindədir, bu da sistemə "Twitter" və onun "Vine" məhsulu ilə rəqabət aparmağa imkan verəcək.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu gün "Instagram" istifadəçiləri tərəfindən şəbəkədə mobil şəkillərin yaradılması, redaktə edilməsi və yerləşdirilməsi vasitəsi kimi qəbul edilir.

Bu gün axşam "Facebook" şirkətinin press-brifinqi keçiriləcək və orada "Instagram"ın yeni imkanları haqda, o cümlədən video ilə işləmək imkanları haqda məlumat təqdim ediləcək. Xatırladaq ki, "Instagram" sistemi "Facebook" tərəfindən ötən il 1 milyard dollara alınıb. Keçən dövr ərzində "Facebook" "Instagram"a heç bir qlobal yenilik gətirməyib, halbuki onun rəqibi "Twitter", mobil material mübadiləsinə alternativ yanaşmaları tətbiq edir.

Bu yaxınlarda "Twitter", şəbəkədə qısa 6 saniyəlik videoroliklərin yerləşdirilməsini nəzərdə tutan "Vine" əlavəsini təqdim edib. "Instagram"ın yeni versiyasının buna oxşar bir əlavənin təqdim etməsi gözlənilir. Ötən həftə "Facebook" şirkəti press-dəvətnamələrini yaymağa başlayıb, və burada bildirilib ki, "kiçik komanda böyük ideya üzərində işləyir"

. Aynur Vəliyeva



Baxış sayı: 984

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024