Tarix:20/06/13
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan vətəndaşlarının xaricdən hər hansı bir malın sifariş yolu ilə gətirilməsinə marağı artıb. Burada həm ölkədəki internetin keyfiyyəti, həm də poçt sisteminə olan inamın böyük olmasının rolu vardır.
N.Məmmədovun sözlərinə görə, ötən ilin birinci rübü ilə müqayisədə bu il poçtdaşımalarda 52,9 faiz artım olub. Rəqəmlə ifadə etsək, ötən ilin birinci rübündə 68533 göndəriş olmuşdusa, bu il artıq onların sayı 104118-ə çatıb:
"Təkcə son bir il ərzində göndərişlərin sayı 50-60 faiz artıb. Belə gözləyirik ki, 2013-cü ildə bu artım iki dəfə böyüyə bilər. Hazırda Nazirlər Kabineti tərəfindən gömrük güzəştlərinin həcminin artırılması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Əgər bu güzəştlər artırılarsa, o zaman vətəndaşlarımızın xaricdən sifariş verdikləri malların həcminin bir neçə dəfə artma ehtimalı var. Bu gün insanlarımız İKT sahəsinin bütün komponentlərinə maraq göstərir. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi də elə bir sektordur ki, bundan gündəlik olaraq hər kəs istifadə edir. Hiss olunur ki, bu artımın həcmi sürətlə böyüyür".
SEYMUR
Ölkədə elektron ticarətin və poçtdaşımaların həcmi artıb
Azərbaycanda internet üzərindən verilən sifarişlərin sayı çoxalıb. Nəticədə poçt əməliyyatlarında daşımaların miqdarı əhəmiyyətli dərəcədə artıb.Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan vətəndaşlarının xaricdən hər hansı bir malın sifariş yolu ilə gətirilməsinə marağı artıb. Burada həm ölkədəki internetin keyfiyyəti, həm də poçt sisteminə olan inamın böyük olmasının rolu vardır.
N.Məmmədovun sözlərinə görə, ötən ilin birinci rübü ilə müqayisədə bu il poçtdaşımalarda 52,9 faiz artım olub. Rəqəmlə ifadə etsək, ötən ilin birinci rübündə 68533 göndəriş olmuşdusa, bu il artıq onların sayı 104118-ə çatıb:
"Təkcə son bir il ərzində göndərişlərin sayı 50-60 faiz artıb. Belə gözləyirik ki, 2013-cü ildə bu artım iki dəfə böyüyə bilər. Hazırda Nazirlər Kabineti tərəfindən gömrük güzəştlərinin həcminin artırılması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Əgər bu güzəştlər artırılarsa, o zaman vətəndaşlarımızın xaricdən sifariş verdikləri malların həcminin bir neçə dəfə artma ehtimalı var. Bu gün insanlarımız İKT sahəsinin bütün komponentlərinə maraq göstərir. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi də elə bir sektordur ki, bundan gündəlik olaraq hər kəs istifadə edir. Hiss olunur ki, bu artımın həcmi sürətlə böyüyür".
SEYMUR
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır