Tarix:21/06/13
Stansiyalarda olan radio-TV yayım avadanlıqları, enerji təminatı və kommutasiya qurğuları rekonstruksiya edilmiş və stansiyada müasir tələbatlara cavab verən avadanlıqlar istismara verilib. Danaçı stansiyasının fasiləsiz işinin təmin olunması üçün stansiyada əlavə yeni "Aksa" markalı 145 kVA-lıq avtomatik rejimdə işləyən dizel generatoru, 30 kVA-lıq stabilizator və 250 kVA-lıq şəbəkə transformatoru quraşdırılıb.
Şəki stansiyasının fasiləsiz işinin təmin olunması üçün stansiyada yeni 1 ədəd "Genpower" markalı 55 kVA-lıq avtomatik rejimdə işləyən dizel generatoru, 1 ədəd 30 kVA-lıq gərginlik stabilizatoru və 1 ədəd 160 kVA-lıq şəbəkə transformatoru quraşdırılıb. Danaçı stansiyasından yayımlanan rəqəmli TV proqramları üçün monitorinq nəzarət sistemi yaradılıb və proqramların keyfiyyətli yayımı təmin edilib.
Stansiyada ətraf ərazinin işıqlandırılma sistemi qurulmuş, müasir tipli yanğından mühafizə sistemi istismara verilmişdir. Şəki stansiyasında yayımlanan rəqəmli TV proqramları üçün "Telemax" monitorinq nəzarət sistemi yaradılıb və proqramların keyfiyyətli yayımı təmin edilib.
Stansiya ərazisi 140 m uzunluğunda yenidən hasarlanıb və ərazinin işıqlandırılma sistemi qurulub. Stansiyanın texniki binasında müasir tipli yanğından mühafizə sistemi istismara verilib.
Stansiyalar 3 dövlət ("AzTV", "İdman Azərbaycan", "Mədəniyyət TV"), 1 ictimai ("İTV"), 4 özəl ("Lider TV", "Space TV", "ATV", "Xəzər TV"), Danaçıda 2 regional ("Kanal S", "Aygün TV"), Şəkidə 1 regional ("Kanal S",) kanalı və 1 xarici ("TRT1") olmaqla 9-10 TV proqram, 6 FM ("Respublika FM", "İctimai FM", "Lider FM","Space FM", "Araz FM", "Bürc FM") radio proqramı yayımlanır.
Bu, Zaqatala və ətraf rayonlar olan Şəki, Qax, Balakən və digər rayonların əhalisini keyfiyyətli TV və FM yayımı ilə təmin edir.
Danaçı stansiyası 2012-ci ildə quraşdırılan Kanadanın "Axera" şirkətinin istehsalı olan 1200 Vt-lıq DVB-T verici vasitəsilə, Zaqatala və qeyd olunan ətraf ərazilərin 85%, Şəki stansiyası isə Litvanın "Vigintos Elektronika" şirkətinin istehsalı olan 600 Vt-lıq DVB-T verici vasitəsilə, Şəki şəhərinin bütün, ətraf yaşayış məntəqələrinin isə 95% əhalisi rəqəmli yayımla təmin olunub.
Aynur Vəliyeva
Yeni “Teleradioyayım” stansiyaları quraşdırılıb
Şəki və Danaçı Radio-Televiziya Yayım stansiyaları təmirdən sonra yenidən əhalinin istifadəsinə verilib. "ICTnews" xəbər xidmətinin "www.teleradio.az" saytına istinadən verdiyi məlumata əsasən, Danaçıda yerləşən stansiyanın 744 kvadratmetr texniki binası, Şəki RTYS-in 144 kvadratmetr texniki binası əsaslı təmir olunub.Stansiyalarda olan radio-TV yayım avadanlıqları, enerji təminatı və kommutasiya qurğuları rekonstruksiya edilmiş və stansiyada müasir tələbatlara cavab verən avadanlıqlar istismara verilib. Danaçı stansiyasının fasiləsiz işinin təmin olunması üçün stansiyada əlavə yeni "Aksa" markalı 145 kVA-lıq avtomatik rejimdə işləyən dizel generatoru, 30 kVA-lıq stabilizator və 250 kVA-lıq şəbəkə transformatoru quraşdırılıb.
Şəki stansiyasının fasiləsiz işinin təmin olunması üçün stansiyada yeni 1 ədəd "Genpower" markalı 55 kVA-lıq avtomatik rejimdə işləyən dizel generatoru, 1 ədəd 30 kVA-lıq gərginlik stabilizatoru və 1 ədəd 160 kVA-lıq şəbəkə transformatoru quraşdırılıb. Danaçı stansiyasından yayımlanan rəqəmli TV proqramları üçün monitorinq nəzarət sistemi yaradılıb və proqramların keyfiyyətli yayımı təmin edilib.
Stansiyada ətraf ərazinin işıqlandırılma sistemi qurulmuş, müasir tipli yanğından mühafizə sistemi istismara verilmişdir. Şəki stansiyasında yayımlanan rəqəmli TV proqramları üçün "Telemax" monitorinq nəzarət sistemi yaradılıb və proqramların keyfiyyətli yayımı təmin edilib.
Stansiya ərazisi 140 m uzunluğunda yenidən hasarlanıb və ərazinin işıqlandırılma sistemi qurulub. Stansiyanın texniki binasında müasir tipli yanğından mühafizə sistemi istismara verilib.
Stansiyalar 3 dövlət ("AzTV", "İdman Azərbaycan", "Mədəniyyət TV"), 1 ictimai ("İTV"), 4 özəl ("Lider TV", "Space TV", "ATV", "Xəzər TV"), Danaçıda 2 regional ("Kanal S", "Aygün TV"), Şəkidə 1 regional ("Kanal S",) kanalı və 1 xarici ("TRT1") olmaqla 9-10 TV proqram, 6 FM ("Respublika FM", "İctimai FM", "Lider FM","Space FM", "Araz FM", "Bürc FM") radio proqramı yayımlanır.
Bu, Zaqatala və ətraf rayonlar olan Şəki, Qax, Balakən və digər rayonların əhalisini keyfiyyətli TV və FM yayımı ilə təmin edir.
Danaçı stansiyası 2012-ci ildə quraşdırılan Kanadanın "Axera" şirkətinin istehsalı olan 1200 Vt-lıq DVB-T verici vasitəsilə, Zaqatala və qeyd olunan ətraf ərazilərin 85%, Şəki stansiyası isə Litvanın "Vigintos Elektronika" şirkətinin istehsalı olan 600 Vt-lıq DVB-T verici vasitəsilə, Şəki şəhərinin bütün, ətraf yaşayış məntəqələrinin isə 95% əhalisi rəqəmli yayımla təmin olunub.
Aynur Vəliyeva
Baxış sayı: 1255
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı