12px13px15px17px
Tarix:21/06/13

2014-cü ilin sonunadək 1 milyarddan çox ev idarəetməsi rəqəmli televiziyaya qoşulacaq

Rəqəmli televiziyaya qoşulmuş ev idarəetmələrinin sayı artmağa davam edir. “Strategy Analytics”in proqnozuna əsasən, 2014-cü ilin sonunadək onların sayı 1 milyardı ötəcək. Bu göstərici ötən illə müqayisədə xeyli çoxdur.

Belə ki, 2012-ci ildə rəqəmli televiziyaya kabel şəbəkələri, peyk rabitəsi, İPTV və yerüstü rəqəmli şəbəkə (DTT) vasitəsilə qoşulan ev idarəetmələrinin ümumi sayı 755 milyon təşkil edib. Ekspertlərin hesablamasına əsasən, 2012-2018-ci illər ərzində rəqəmli televiziya (DTV) bazarı üçün orta illik artım sürəti 10,7% təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, rəqəmli kabel şəbəkələri lider platforma olaraq qalacaq, çünki kabel operatorları rəqəmli televiziya yayımına keçməyə davam edəcək. Peyk platformaları seqmentində mühüm irəliləyiş gözlənilir: 2012-dən 2018-ci ilədək belə abunəçilərin sayı 64% artacaq.

Emil Hüseynov



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024