Tarix:22/06/13
Yeni xətlərdə innovasiyaların tətbiqi
BM-dən sərgidə metropolitenin stendinin bu mövzuya həsr edilməsinin təsadüfi olmadığı vurğulanıb: "Çünki 2014-cü ildə iki stansiyanın istifadəyə verilməsi ilə metropolitenin daha bir xətti fəaliyyətə başlayacaq. 2011-ci il martın 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteninin təsdiq olunmuş konseptual inkişaf sxemi və 2011-2015-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Bənövşəyi xəttin "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarının tikintisi sürətlə aparılır. Hazırda xəttin 3-cü stansiyasının inşasına başlanılıb; 4-cü stansiyanın tikintisinə hazırlıq işləri görülür; 5-ci stansiyada inşaatın hazırlıq prosesi başlamaq üzrədir. Ümumən həm "Bənövşəyi xətt"in, həm də "Mavi xətt"in layihələndirilməsi, eləcə də stansiyaların yerlərinin razılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, yeni xətlərdə tam fərqli və ən müasir sistemlər, avadanlıqlar tətbiq olunacaq".
Metropolitendə maşinistsiz idarəetmə də tətbiq ediləcək
Yeni xətlərdə tətbiq olunacaq yeniliklər, texnoloji innovasiyalar, müasir sistemlər və avadanlıqlarla bağlı məlumat verən BM-dən bildirilib ki, şəhərin inkişafının və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə xətlərdə 7 vaqonlu qatarlar hərəkət edəcək: "Vaqonlar kondisionerləşdiriləcək, mikroiqlim nəzarət sistemləri tətbiq olunacaq, ən yüksək təhlükəsizlik və idarəetmə sistemlərinin tələblərinə uyğun olaraq, gələcəkdə maşinistsiz idarəetməni də tətbiq etmək imkanı yaradılacaq. Elektrik enerjisindən istifadə qənaətli olacaq, əlil arabaları üçün yerlər nəzərdə tutulacaq".
Stansiyalara gəlincə, yeni tikinti metodlarından istifadə olunmaqla burada da müasir üsullar tətbiq olunur: "Stansiyalar ən yüksək sərnişin təhlükəsizliyi tələblərinə cavab verən platforma təhlükəsizlik qapıları ilə təchiz olunacaq. Qapalı tipli stansiyalarda həm də platforma səviyyəsinin mikroiqlim sistemləri, kondisionerləşdirmə və müasir havalandırma sistemləri ilə təchiz olunmasına şərait yaradır. Stansiyalarda müasir yanğınsöndürmə sistemləri quraşdırılacaq; sosial bərabərlik prinsiplərinə uyğun olaraq, fiziki qüsurlu insanların metrodan istifadəsini asanlaşdırmaq üçün liftlər tətbiq olunacaq; uzun piyada keçidi tunellərində əlil və uşaq arabalarının hərəkətini asanlaşdıran travolatorlar fəaliyyət göstərəcək".
Videomüşahidə, üzdəntanıma və sərnişinsayma sistemləri vahid əməliyyat mərkəzində birləşdiriləcək
İdarəetməyə gəldikdə, inşası başa çatmaq üzrə olan texnoloji korpus metropolitenin fəaliyyətini müasir əsaslarla təmin edən sistem və avadanlıqların quraşdırılması, iş şəraitinin yüksək tələblərə cavab verməsi ilə seçiləcək: "Dispetçer məntəqələrinin vahid mərkəzdə birləşdirilməsi idarəetməni və işin məhsuldarlığını optimallaşdıracaq. Videomüşahidə, üzdəntanıma və sərnişinsayma sistemləri vahid əməliyyat mərkəzində birləşdiriləcək".
Yeni işarəvermə və rabitə sistemlərinin tətbiqi ilə xətlərdə qatarların hərəkəti daha təhlükəsiz və rahat olacaq
Avadanlıqlar və sistemlər barədə də məlumat verən BM-dən qeyd edilib ki, yeni işarəvermə və rabitə sistemlərinin tətbiqi ilə xətlərdə qatarların hərəkəti daha təhlükəsiz və rahat olacaq. Mikroprosessor və radiokanal idarəetməsi ilə avtomatik lokomotiv idarəetmənin keyfiyyətcə yeni sisteminin tətbiqi, dispetçer mərkəzi və stansiya mərkəzləşmə məntəqələri müasir sistemlərin tətbiqi ilə kompüterləşdiriləcək. Qatarlar arasındakı intervalın, qrafik üzrə hərəkətin təmin edilməsi, nasazlıqların aşkar olunması avtomatlaşdırılacaq, avadanlıqlar daha uzunömürlü, qulluğa asan olacaq.
Təhlükəsizlik və idarəetmə səviyyəsinin ən yüksək həddi - kompüterləşdirilmə
BM-dən bildirilib ki, "ROAD & TRAFFIC – 2013" sərgisinin iştirakçılarını və ziyarətçilərini Bakı Metropoliteninin inkişafı ilə bağlı maraqlandıran əsas məsələlərdən biri də məhz yeni vaqonlarla bağlı olub: "Sərgidə yeni qatarların təchizatı və operator seçimi ilə daha çox maraqlanırlar. Hələ vaqon təchizatçısı ilə bağlı konkret seçim edilməsə də, yeni vaqonlara əsas tələblərin ümumi məcmusu məlumdur. Bakı Metropoliteninin yeni xətlərində sərnişin təhlükəsizliyinin və rahatlığının ən yüksək tədbirləri görüləcək. Sərnişin rahatlığı deyəndə ilk növbədə, stansiyalar və vaqonlar nəzərdə tutulur. Ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, yeni xətlərdə metropolitenin lokomotiv təsərrüfatı və ilk növbədə, qatarlarda ən müasir sistemlərin tətbiqi diqqətdə saxlanılır. Müasir metro vaqonlarında tətbiq olunan təhlükəsizlik və idarəetmə səviyyəsinin ən yüksək həddi sayılan maşinistsiz idarəetməni nəzərdə tutur. Bu tip vaqonlarda idarəetmə kompüterləşdirilməklə ən müasir sistem və avadanlıqların tətbiqinə əsaslanır. Sistemin tətbiqi gələcəkdə xəttin inşasının müəyyən mərhələsi yerinə yetirildikdən sonra mümkün olacaq".
Səsli və görünən informasiya lövhələrinin geniş çeşidi tətbiq ediləcək
Mikroiqlim nəzarəti, isitmə-soyutma sistemlərinin tətbiqi, havanın zərərli maddələrdən təmizlənməsi sərnişin rahatlığının təmin edilməsində əsas yeniliklərdən biri olacaq: "Bu vaqonlar eyni zamanda səsli və görünən informasiya lövhələrinin geniş çeşidinin tətbiqi həm xidmət səviyyəsinin yüksəldilməsi, həm də əhalinin ən geniş təbəqəsinin, ələlxüsus da eşitmə və ya görmə qabiliyyəti olmayan sərnişinlərin də tələblərinə cavab verəcək. Bundan əlavə, vaqonlarda əhalinin fiziki cəhətdən qüsurlu təbəqəsinin də maraqları nəzərə alınacaq və əlil arabaları üçün xüsusi yerlər də olacaq".
Vaqonlarda müşahidə kameraları quraşdırılacaq
Tətbiq olunacaq səsboğucular və digər texniki nailiyyətlər vaqonlarda səs-küyü ən aşağı həddə salmaqla sərnişinlərin mənzilbaşına daha rahat yetişməsini təmin edəcək. Qapılar təhlükəsizliyi ilə seçilməklə fərqli açılıb-bağlanma prinsipi ilə sərnişinin qapı arasında qalaraq zədələnməsinin qarşısını alacaq. Vaqonlarda müşahidə kameraları tətbiq olunacaq və bu da vaqona həm maşinist, həm də dispetçer nəzarətini yerinə yetirməyə kömək edəcək. Qatarlar enerjiyə qənaət prinsiplərinə, qulluğun daha asan olması, elmi-texniki tərəqqinin bir çox nailiyyətlərinin tətbiqi və digər texniki tələblərə riayət olunması ilə seçiləcək.
Yeni xətlər Bakı Metropoliteninin dəyişməkdə olan simasına texnoloji innovasiya erasını gətirəcək
BM-dən bildirilib ki, sərgidə ziyarətçilərin, o cümlədən mütəxəssislərin bir qismi də metropolitendə tətbiq olunacaq idarəetmə sistemləri ilə maraqlanıblar: "Bakı Metropoliteninin dəyişməkdə olan simasına texnoloji innovasiya erasını gətirəcək yeni xətlərdə tunel və stansiya inşaatı, vaqon təsərrüfatı ilə yanaşı, avadanlıq və sistemlərin də ən müasir fərqli nəsilləri tətbiq olunacaq. Bir sözlə, dispetçer məntəqələrindən tutmuş, hərəkətin təşkili və idarə edilməsinə, təhlükəsizlik sistemlərinin tətbiqinə qədər hər bir sahədə ən mühüm yeniliklər həyata keçiriləcək. Bunların ən gözəl nümunələrindən biri kimi qatarların hərəkətinin təşkilində tam fərqli düşüncə və yanaşma tərzini əks etdirən işarəvermə vasitələrini də qeyd etmək mümkündür. Yeni qatarların ən mühüm yeniliyi hərəkətdə ən yüksək təhlükəsizlik və idarəetmə səviyyəsindən istifadə olunacağını da qeyd edə bilərik. Bu isə işarəvermə vasitələrində tam yeni formasiyanın məhsulu olan sistemlərinə müraciət olunmasını zəruri edir. Bu qəbildən olan yeniliklər arasında "Si-Bi-Ti-Si" (CBTC - Communications-based train control – kommunikasiya əsaslı qatar idarəetməsi) və mikroprosessor sistemlərini qeyd edə bilərik".
Qatarın idarə edilməsi ilə bağlı bütün məlumatlar radiokanallar vasitəsilə əsas mərkəzə ötürüləcək
Hazırda mikroprosessor sistemləri ilə yanaşı, "CBTC"-nin gələcəkdə Bakı metrosunda tətbiqi xeyli müddətdir ki, araşdırılır. Bu prinsipin təməlində qatarların avtomatik lokomotiv idarəetməsi dayanır və bu, müəyyən məsafədə yerləşdirilən radiokanallar vasitəsilə həyata keçirilir: "Belə ki, qatarın idarə edilməsi ilə bağlı bütün məlumatlar radiokanallar vasitəsilə əsas mərkəzə ötürülür və burada kompüter təhlilindən keçərək, qatarların hərəkətinə dair hər məsələ həllini tapır. Qatarların harada olması interval dalğaötürücü vasitəsilə müəyyən olunur, həmçinin onların tam qrafik üzrə hərəkəti təmin edilir. Nəticədə rels dövriyyəsi anlayışı da aradan qalxmış olur. Rels dövrəsi və ötürücülük funksiyasını yeni sistemdə antenalar yerinə yetirir. Diqqətçəkən məqamlar sırasında bir neçə stansiyanın vahid mərkəzdən idarə olunmasının mümkünlüyü də yer alır. Belə ki, əyləc sistemi və ara məsafəsindən asılı olaraq, "CBTC" özü arxadakı qatarın hərəkətini bloklayır".
Həqiqət İSABALAYEVA
Bakı Metropoliteni texnoloji innovasiyaların hesabına tamamilə dəyişəcək
İnnovasiyaların, texnologiyaların sürətli inkişafı, eyni zamanda hər sahəyə dərindən nüfuz etməsi bütün sahələrə yenidən baxılmasını, innovativ tətbiqləri günümüzün zərurətinə çevirib. Texnoloji dəyişikliklərin qaçılmaz olduğu əsas sahələrdən biri də metropolitendir. Məhz bu baxımdan Bakıda keçirilən ənənəvi "ROAD & TRAFFIC- 2013" sərgisində Bakı Metropoliteni (BM) öz stendini "Yeni xətlərdə innovasiyaların tətbiqi" adı altında təqdim edib.Yeni xətlərdə innovasiyaların tətbiqi

Baxış sayı: 2223
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır