12px13px15px17px
Tarix:22/06/13

"Startup Azərbaycan" müsabiqəsi üzrə səsvermənin 2-ci mərhələsi başlayıb

 "Startup Azərbaycan"  Təşkilat Komitəsi bildirir ki,  21 iyun 2013-cü il tarixindən etibarən yarımfinala çıxan startupların final mərhələsinə start verilib. "Startup Azərbaycan" ekspertləri 15 yarımfinalçı arasından ən yaxşılarını finalçılar olaraq seçəcəklər.

Məlum olduğu kimi, "Startup Azərbaycan" müsabiqəsinə təqdim olunan 26 layihədən 15 layihə yarımfinala vəsiqə alıb. Bu startupların komanda üzvləri üçün xarici ekspertlərin də iştirakı ilə təlimlər keçirilib. Təlimlərdən  sonra startuplar  daha təkmil formada biznes-planlar təqdim ediblər.

İndiki mərhələdə ekspertlər  mövcud meyarlara uyğun olaraq startupların yenidən qiymətləndirilməsini aparacaqlar. Ekspertlər bu mərhələdə yalnız  yarımfinalçıların təqdim etdikləri biznes-planları analiz etməklə kifayətlənməyəcəklər. Belə ki, bu mərhələdə   yarımfinalçılar həm də offlayn formada ekspertlər qarşısında öz layihələri haqqında təqdimat edəcəklər. 22 iyun tarixində keçiriləcək  bu tədbirdə hər bir startup komandasına  təqdimat üçün  6-7 dəqiqə vaxt ayrılacaq.

Finalçılar 04 iyul tarixində keçirilməsi nəzərdə tutulan  yekun təqdimat mərasimində élan olunacaq. Finalçılara diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək.

Finala çıxan startuplarla investorların qapalı görüşünün də (pitç sessiya)  4 iyul tarixində  keçirilməsi nəzərdə tutulub.

"Startup Azərbaycan" layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
"Startup Azərbaycan"ın baş sponsoru "Bakcell" şirkətidir.  
"Microsoft", "İnfo Pro" şirkətləri də "Startup Azərbaycan"ın sponsorlarıdır.

Geniş məlumat : "www.startup.az"   

"Startup Azərbaycan"  TK
Tel.: 492-44-44
Veb: www.startup.az
E-mail: info@startup.az
Twitter @startupaze
FB: fb.com/startupazerbaijan

 



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024