“Mən Azərbaycanlıyam” onlayn yarışması davam edir
İyunun 1-dən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan "Mən Azərbaycanlıyam" milli bilik yarışması start götürüb.
Yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə iştirak etmək mümkündür.
Yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə isə mobil operatorların 10 manatlıq danışıq kartları təqdim olunacaq. Ayın qaliblərinə iPhone və iPad, super finalın qaliblərinə pul mükafatları veriləcək.
Super finalın qalibi əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.
Super final 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək və bütün qaliblər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən olunmuş məkanda toplanaraq öz aralarında yarışmaqla 3 qalib müəyyən olunacaq.
Qeyd edək ki, artıq yarışmanın ilk ongünlüyünün qaliblərinə hədiyyələr təqdim edilib, bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində xüsusi tədbir keçirilib.
Baxış sayı: 923
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib