Tarix:25/06/13
“Startup Azərbaycan” təşkilat komitəsi bildirir ki, yarımfinala çıxan startuplar ekspertlər qarşısında öz layihələrinin təqdimatlarını ediblər.
“Startup Azərbaycan” yarışmasında yarımfinalçı statusu alan 15 layihədən 13-ü ekspertlər tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. Layihələrin qiymətləndirilməsi prosesində İT və marketinq sahəsində tanınmış 7 nəfər ekspert iştirak edib . Hər bir startup komandası 6-7 dəqiqə vaxt ərzində öz layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar. Təqdimatların videoçəkilişi aparılıb və digər ekspertlərə də təqdim edilib. Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq.
Finalçılar iyulun 4-də keçirilməsi nəzərdə tutulan yekun təqdimat mərasimində elan olunacaq. Finalçılara diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək. Finala çıxan startuplarla investorların qapalı görüşünün də (pitç sessiya) iyulun 4-də keçirilməsi nəzərdə tutulub. “Startup Azərbaycan” layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. “Startup Azərbaycan”ın baş sponsoru “Bakcell” şirkətidir. “Microsoft”, “İnfi Pro” şirkətləri də “StartUp Azərbaycan”ın sponsorlarıdır.
Aynur Vəliyeva
“Startup Azərbaycan” yarımfinalçıları layihələrini ekspertlərə təqdim ediblər

Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır