12px13px15px17px
Tarix:25/06/13

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların onlayn müraciətini qəbul edir

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən istifadə etməyə böyük maraq göstərir. Ona görə də sözügedən idarə özünün rəsmi internet səhifəsi (http://www.dyp.gov.az/?/az/faq/) vasitəsilə vətəndaşların onlayn müraciətini qəbul edir.

Bu barədə  "ICTnews.az" elektron xəbər xidmətinə BDYPİ-dən məlumat verilib. İdarədən qeyd edilib ki, Azərbaycanın hər bir vətəndaşı yol hərəkətləri ilə bağlı problemlərlə bağlı, eləcə də yol-nəqliyyat hallarını özündə ehtiva və onları narahat edən digər məsələlər haqqında idarəyə müraciət edə bilərlər. Sözügedən idarə bildirir ki, sürücülər tərəfindən edilən müraciətlər istiqamətləri üzrə cavablandırılır, yol hərəkətləri ilə bağlı mübahisəli məsələlər və qarşılaşılan problemlər dərhal həll olunur.

Onlayn müraciət vətəndaşların və eləcə də BDYPİ-nin işini asanlaşdırır. Belə ki, vətəndaşlar internetdən istifadə etməklə, yəni evindən kənara çıxmadan, əlavə xərclər çəkmədən, ən qiymətli olan vaxtını itirmədən onu narahat edən yol  hərəkəti məsələləri ilə bağlı idarəyə müraciət edə bilər. Üstəlik idarəyə gəlmədən, növbəyə durmadan, qəbula düşmək üçün müraciət etmədən, nahar və ya digər fasilələrə məhəl qoymadan fikirlərini asanlıqla idarəyə göndərə bilər. Bu şərait vətəndaşa imkan verir ki, müraciət etdiyi məsələləri geniş, ətraflı formada əsaslandırılmış şəkildə yazıb idarəyə təqdim etsin.
Eyni zamanda BDYPİ-nin saytı vasitəsilə yol hərəkəti qaydaları haqqında məlumatları yenidən gözdən keçirə, cərimələrin miqdarı barəsində təfsilatlı şəkildə məlumat əldə edə bilər. BDYPİ də vətəndaşlar tərəfindən edilən onlayn müraciətləri də qanunvericilikdə göstərilən normalara əsasən dərhal cavablandırır və lazımi addımları atır.

Qeyd edək ki, hər bir vətəndaş BDYPİ-yə onlayn müraciət etmək üçün idarənin saytında «Online müraciət» bölməsinə daxil olmalıdır. Bundan sonra müraciət edəcəyi mövzunu, özünün adını və soyadını, əlaqə telefonlarını, ünvanlarını və elektron poçtunu qeyd etdikdən sonra sualını yazıb göndərməlidir.

SEYMUR



Baxış sayı: 4106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024