Tarix:25/06/13
Son 5 ildə Azərbaycanda internet bazarının həcmi təxminən 4 dəfə, İT istehsal sahəsi isə 3 dəfə genişlənib. 2008-ci illə müqayisədə 2012-ci ildə telekommunikasiya sektorunun İKT sektorunda payı azalıb, İT sektorunun payı isə artıb. Belə ki, telekommunikasiya sektorunun payı 93 faizdən 91 faizə düşüb, İT sektorunun payı isə 7 faizdən 9 faizə yüksəlib.
Bu məlumat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İllik hesabat”ında dərc olunub.
Hesabatda bildirilir ki, ölkədə İKT sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədi informasiya cəmiyyətinə keçidin təmin olunması, informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi, idarəetmə prosesində vətəndaşların və sosial institutların iştirakının təmin olunmasıdır.
Ölkədə İKT-nin inkişaf istiqamətləri 4 əsas strateji xətt üzrə müəyyən olunub. Bunlara elmtutumlu və innovativ İT məhsul istehsalı, İKT infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi və tətbiq coğrafiyasının genişləndiriməsi, e-hökumət və elektron xidmətlərin inkişaf etdirilməsi, insan resurslarının inkişafı daxildir. 2012-ci ildə hər bir istiqamət üzrə uğurlara imza atılıb.
Həqiqət İSABALAYEVA
Son 5 ildə Azərbaycanda internet bazarının həcmi təxminən 4 dəfə genişlənib

Baxış sayı: 868
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır