Tarix:25/06/13
"Microsoft" və "Oracle" şirkətləri yeni əməkdaşlığa başlayıblar.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu proqram çərçivəsində "Microsoft"un "bulud" məhsulları "Oracle" şirkətinin flaqman məhsulları, o cümlədən "Oracle Database" və "Java" əlavələri "Windows Azure" ilə uyğunlaşdırılacaqlar.
"Biz "Oracle" şirkəti ilə yeni və daha konstruktiv istiqamətdə işləməyə şadıq. Bizim tərəfdaşlığımız istənilən ölçülü və fəaliyyət növü ilə məşğul olan şirkətlərlə işləməyi nəzərdə tutur", - deyə "Microsoft"un rəhbəri Stiv Balmer deyib.
Analitiklər qeyd edirlər ki, "Google", "Amazon.com", "Salesforce.com" və digər gənc rəqib şirkətlər inkişaf etdikcə "Microsoft" və "Oracle" şirkətləri daha çox güzəştə gedirlər. Bununla yanaşı, "Microsoft" destkop məhsullarının satışlarının azalmasına məruz qalıb və bunun qarşısını digər istiqamətləri inkişaf etdirməklə kompensasiya etməyə çalışır. "Oracle" isə daha çox məhsullarını yazılma modelinə keçirməyə çalışır.
"Oracle" artıq bəyan edib ki, bur sıra məhsullarında "Windows Azure"dan və "Hyper-V" hipervizotundan istifadə edəcək. "Oracle" həmçinin istifadəçilərinə "Windows Azure" əsasında olan məhsullarından cari lisenziya ilə işləməyə icazə verəcək.
Hər iki şirkət mövcud "Microsoft SQL Server 2012 R2" və "Oracle Database 12c" məlumat bazalarının idarə edilməsi sistemlərinin inkişaf etdirilməsindən imtina etmək niyyətində deyil. "IDC"-nin analitiklərinin hesablamalarına görə, "Oracle" korporasiyası hazırda kommersiya məlumat bazaları bazarının 45%-ni, "Microsoft" 20%, "IBM" - 18%-ni əhatə edir.
Ötən ilin nəticələrinə əsasən, kommersiya məlumat bazalarının idarə edilməsi sistemlərindən əldə edilən gəlirin həcmi 28,2 milyard dollar təşkil edir.
"Microsoft" bildirib ki, öz "bulud"u çərçivəsində "Oracle Linux" və "Oracle WebLogic Server"i dəstəkləmək niyyətində olduğunu bildirib. Eyni zamanda, "Azure"da "Java"nın 100% dəstəklənməsi nəzərdə tutulub.
"Oracle" həmprezidentlərindən biri Mark Herd qeyd edib ki, yeni "Oracle Fusion Applications" seçilmiş PaaS-servisləri və "Microsoft" "bulud"unu dəstəkləyəcək.
Hər iki şirkət, tərəfdaşlığın onların hər birisinə ildə 1 milyard dollar mədaxil əldə etməyə imkan verəcəyinə ümid edir.
Aynur Vəliyeva
“Microsoft” və “Oracle” əməkdaşlıq edəcək

Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır