12px13px15px17px
Tarix:25/06/13

“Nar Mobile” idman yarışına dəstək oldu

Azərbaycanda idman sahəsinin inkişafına daima dəstək olan “Nar Mobile” mobil operatoru ölkədə yeni idman növlərinin təbliği və bu idman növlərinə qarşı gənclər arasında marağın artırılması sahələrinə xüsusi önəm verir. Bu dəfə də “Nar Mobile”, 22-23 iyun 2013-cü il tarixlərində Azərbaycanda ilk dəfə keçirilən İdman Dırmanması üzrə Dünya kuboku yarışının sponsorlarından biri kimi çıxış edib. Yarış açıq havada Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutub.
 
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçirilən yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edib.
 
Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsi üçün şərait yaradıb.
 
Qeyd edək ki, “Nar Mobile” Azərbaycanda mədəniyyətin, incəsənətin və o cümlədən, idmanın inkişafına yönələn layihələrə xüsusi önəm verir və bu sahələrin inkişafını Korporativ Sosial Məsuliyyət strategiyasının bir  hissəsinə çevirib.
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024