12px13px15px17px
Tarix:25/06/13

"Ağıllı" həblər sağlamlığımızın qayğısına qalacaq?!

Zamanla daha çox şirkət həb şəklində kompüterlər üzərində təcrübə aparmağa başlayıb. İnsan sözügedən həbləri udduqdan sonra o, mədəyə düşür və həkimə sağlamlıq vəziyyəti haqqında vacib məlumat göndərə və ya avtomobilə yaxınlaşdıqda qapıları aça bilər.

Məsələn, “HQ” şirkətinin yaratdığı kiçik elektron içliyə malik “CorTemp” həbi insan bədəninin hərarəti haqqında informasiyanı real zaman rejimində ötürə bilir. O, daxili akkumulyator vasitəsilə enerji toplayır. Həb bir müddət astronavtlar, yanğınsöndürənlər, idmançılar və digər peşə nümayəndələri üzərində sınaqdan keçirilib. 2014-cü ildə istənilən şəxsin sözügedən həbləri ala biləcəyi gözlənilir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, həmçinin “Motorola” şirkəti ötən ay daha maraqlı bir həll təqdim edib. “Google”-un tərkibinə daxil olan “Android”-cihaz istehsalçısı mikroçiplə təchiz edilmiş həb nümunəsini təqdim edib və o, mədə şirəsinin təsiri altında aktivləşir, buna görə də ona batareya lazım deyil. Elektron açarı udmuş insan smartfona loqin, parol və digər məlumatları əvəz edəcək 18 bitlik siqnal ötürməyə başlayacaq. Beləliklə, insanın bütün bədəni parola çevrilir.

Məsələn, qapını açmaq üçün cəftəyə toxunmaq və ya avtomobili işə salmaq üçün oturacağa əyləşmək kifayətdir.

"Ağıllı" həblərin, həmçinin mənfi tərəfləri var. Birincisi, onlar mikroçipdirlər, buna görə də onlara müdaxilə mümkündür. Ona görə də sizin sağlamlıq vəziyyətiniz haqqında üçüncü şəxslər asanlıqla öyrənə bilərlər. İkincisi, hələ ki sözügedən həblərin zərərsizliyini təsdiq edən ətraflı tədqiqat yoxdur.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024