12px13px15px17px
Tarix:27/06/13

Dünyanın ən bahalı şirkəti hansıdır?

“The Wall Street Journal” nəşrinin hesablamalarına əsasən, hazırda “Google” dünyanın ən bahalı texnologiya şirkətidir.

Nəşrin jurnalisti qeyd edib ki, bu il iyun ayının sonuna olan vəziyyətə görə “Apple” şirkətinin kapitallaşdırma dəyəri 378 milyard dollar, “Google”-da isə  286 milyard dollar təşkil edir. Lakin hər iki firmanın bank hesablarında olan nağd pulu da sözügedən hesaba daxil etmək lazımdır.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, belə ki, “Apple” şirkətində bank hesabında 145 milyard dollar, “Google”-da isə 45 milyard dollar toplanılıb. “The Wall Street Journal” nəşrinin jurnalisti Rolf Vinklerin məntiqinə əsasən, bu məbləği yuxarıda qeyd ediləndən çıxmaq lazımdır.
Nəticədə “iPhone” istehsalçısı 233 milyard dollar, internet nəhəngi isə 241 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Emil Hüseynov
 



Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024