Tarix:27/06/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Aparatının nümayəndələri, müəssisə və birlik rəhbərləri Müdafiə Nazirliyinin “N” saylı Rabitə Alayının zabit və əsgər heyəti ilə görüşüblər. “ICTnews” xəbər xidmətinin məlumatına görə, görüş 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunub.
RİTN-in Aparat rəhbərinin müavini İlham Mərdanov alayın şəxsi heyəti qarşısında çıxış edərək nazir Əli Abbasovun təbriklərini çatdırıb. Azərbaycan hərbçilərinin qorxmaz, cəsur, intizamlılığı ilə hər zaman seçildiyini deyən İ.Mərdanov hərbçi peşəsinin çətin, lakin olduqca şərəfli olduğunu söyləyib.
Ordumuzun günü-gündən inkişaf etdiyini, gücləndiyini vurğulayan natiq ölkə ictimaiyyətində Azərbaycan ordusuna, onun şəxsi heyətinə böyük inamın olduğunu qeyd edib.
Rabitəçilərin hərbçilərlə hər il görüşdüyünü, ölkənin müxtəlif bölgələrində yerləşən hərbi hissələrə baş çəkildiyini qeyd edən İ.Mərdanov bu dəfə də ənənəyə sadiq qaldıqlarını söyləyib.
Çıxışlardan sonra 20-yə yaxın əsgər və zabit heyətinə pul mükafatları təqdim olunub.
SEYMUR
Rabitəçilər hərbçilərin bayramını təbrik edib

Baxış sayı: 922
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı