Tarix:27/06/13
Hesabat dövründə mərkəzdə nanotexnologiyalar üzrə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya yaradılıb. Laboratoriyada nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər aparılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, hazırda laboratoriyada yüksək təmizliyə malik karbon nanostrukturları sintez olunub, möhkəmliyi dəfələrlə artırılmış nanokompozitlər alınıb, rəngli və ağ işıq mənbələrinin (işıq diodları) prototipləri hazırlanıb, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınıb və xassələri tədqiq olunur.
Nanohissəciklərin ölçüləri 50 nm olan maqnit nanomaye alınıb. Hazırda mərkəzdə istifadə olunan avadanlıqlar nanoelektronika üçün yararlı olduğundan aparılan tədqiqatların keyfiyyətinin artırılması və daha yüksək nəticələrin alınması üçün çip texnologiyasının qurulması üzrə işlərə başlanılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində çip texnologiyasının qurulması üzrə işlərə başlanılacaq
Azərbaycanda nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində işlərin mərkəzləşdirilmiş qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 sentyabr tarixli 228 nömrəli qərarı ilə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb.Hesabat dövründə mərkəzdə nanotexnologiyalar üzrə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya yaradılıb. Laboratoriyada nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər aparılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, hazırda laboratoriyada yüksək təmizliyə malik karbon nanostrukturları sintez olunub, möhkəmliyi dəfələrlə artırılmış nanokompozitlər alınıb, rəngli və ağ işıq mənbələrinin (işıq diodları) prototipləri hazırlanıb, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınıb və xassələri tədqiq olunur.
Nanohissəciklərin ölçüləri 50 nm olan maqnit nanomaye alınıb. Hazırda mərkəzdə istifadə olunan avadanlıqlar nanoelektronika üçün yararlı olduğundan aparılan tədqiqatların keyfiyyətinin artırılması və daha yüksək nəticələrin alınması üçün çip texnologiyasının qurulması üzrə işlərə başlanılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1051
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır