Azərbaycanda daxil olan internet trafikin sürəti 17 Gbit/saniyəyə çatıb
Azərbaycanın ilk provayderi "Delta Telecom"un şəbəkəsində daxil olan internet-trafikin sürəti 17 Gbit/saniyəyə çatıb. Şirkətin statistik hesabatında bildirilib ki, son iki ay ərzində daxil olan trafikin (provayderlərin internet şəbəkəsində istifadə etdikləri xidmət) həcmi 2 Gbit/san-yə yüksəlib.Şəbəkənin yüklənməsinin dinamikası vaxtdan asılı olaraq dəyişir və gündüz şəbəkə daha çox yüklənir. Gecə vaxtı bu göstərici 3 Gbit/saniyəyə qədər enir. "Delta Telecom"un statistikasına əsasən, çıxan trafikin həcmi 3 Gbit/saniyəni ötür. Bu göstərici gecə 1 Gbit/saniyəyə qədər enir.
Bu gün “AzNET” seqmentinin ümumi tutumu 45 Gbit/saniyəyə çatır. Qeyd edək ki, "Delta Telecom" trafikini 26 telekommunikasiya operatoru öz aralarında bölür (dövlət və şəxsi internet-provayderlər, mobil rabitə operatorları və başqaları).
Avqustun 6-na olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan trafikin ən böyük həcmi dövlət internet-provayderi “BakinterNet”-in (19,67 faiz) payına düşüb, 13,39 faiz payla ikinci yeri “Uninet” (ticarət markası Mark Stream), üçüncü – “Stellford” (ticarət markası Connect) - 10,95 faiz şirkəti tutur. Avqustun 6-na olan vəziyyətə görə, provayderlər və rabitə operatorları arasında paylanan trafikin həcmi aşağıdakı kimidir:
№ |
Şirkətlər |
Trafikin həcmi % |
1 |
BakinterNet |
19,67 |
2 |
Uninet |
13,39 |
3 |
Azeronline |
10,95 |
4 |
Stellford |
10,79 |
5 |
DATAPlus |
8,49 |
6 |
Superonline |
6,60 |
7 |
Ultel |
6,10 |
8 |
Aztelekom |
4,44 |
9 |
ADaNet |
3,73 |
10 |
AzStarNet |
3,53 |
11 |
AzEuroTel |
2,52 |
12 |
SMART |
2,52 |
13 |
Avirtel |
1,62 |
14 |
TransEuroCom |
1,43 |
15 |
Nakhchivan |
1,02 |
16 |
AzNET |
0,39 |
17 |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi |
0,97 |
18 |
Caspel |
0,38 |
19 |
Bakcell |
0,35 |
20 |
Castel |
0,29 |
21 |
AzIntex |
0,28 |
22 |
IntraNS |
0,26 |
23 |
Azerin |
0,14 |
24 |
QlobalNet |
0,13 |
25 |
DataCell |
0 |
26 |
Azerfon |
0 |
Baxış sayı: 92428
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib