Tarix:27/06/13
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə universitetin rektoru Əhməd Vəliyev tədris ocağının son illər ərzində İT sahəsi üzrə mütəxəssislər hazırladığını bildirib.
"Odlar Yurdu Universiteti informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük önəm verir. Biz hazırda elektron kitabxananı təkmilləşdiririk və PDF formatında bir sıra tədris vəsaitlərini kitabxanaya yükləyirik. Bu istiqamətdə işlər başa çatmaq üzrədir",- deyə o bildirib. "Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov təhsil sektorunun şirkət üçün çox önəmli olduğunu bildirərək yaxın zamanda digər ali təhsil ocaqlarında da İT akademiyalarının yaradılmasının nəzərdə tutulduğunu bildirib. Tədbir çərçivəsində memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, "Microsoft Dream Spark" layihəsinə start veriləcək. Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.
"Microsoft"un təhsil layihələri üzrə meneceri Emin Axundov imzalanan memorandumun 4 bənddən ibarət olduğunu bildirib.
"Artıq tələbələr "Microsoft"un bütün yenilikləri haqda universitetdə məlumat alacaqlar və əlavə kurslara getməyə ehtiyac olmayacaq. Bununla yanaşı, universitetdə təhsil alan tələbələr 40-a yaxın kursa yazıla bilər. Hər bir tələbənin fərdi tələbə e-maili olmalıdır ki, bu "Office 365" xidməti vasitəsilə reallaşdırılacaq və müəllimlərlə tələbələr bu elektron poçt vasitəsilə bir-biri ilə ünsiyyət qura biləcəklər. Eyni zamanda, bütün tələbələr lisenziyalı proqram təminatlarından pulsuz istifadə edə biləcəklər. Bununla da şirkət tələbələrin pirat proqramlardan istifadə etmək ehtiyacının qarşısını alacaq və onlara müəllif hüquqlarını qorumaq vərdişi aşılanacaq".
Aynur Vəliyeva
Odlar Yurdu Universitetində “Microsoft”un İT Akademiyası açıldı
Bu gün Odlar Yurdu Universitetində "Microsoft" İT Akademiyasının açılışı olub. İT Akademiyanın əsas məqsədi şirkətin məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Spesialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate" ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir."ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə universitetin rektoru Əhməd Vəliyev tədris ocağının son illər ərzində İT sahəsi üzrə mütəxəssislər hazırladığını bildirib.
"Odlar Yurdu Universiteti informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük önəm verir. Biz hazırda elektron kitabxananı təkmilləşdiririk və PDF formatında bir sıra tədris vəsaitlərini kitabxanaya yükləyirik. Bu istiqamətdə işlər başa çatmaq üzrədir",- deyə o bildirib. "Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov təhsil sektorunun şirkət üçün çox önəmli olduğunu bildirərək yaxın zamanda digər ali təhsil ocaqlarında da İT akademiyalarının yaradılmasının nəzərdə tutulduğunu bildirib. Tədbir çərçivəsində memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, "Microsoft Dream Spark" layihəsinə start veriləcək. Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.
"Microsoft"un təhsil layihələri üzrə meneceri Emin Axundov imzalanan memorandumun 4 bənddən ibarət olduğunu bildirib.
"Artıq tələbələr "Microsoft"un bütün yenilikləri haqda universitetdə məlumat alacaqlar və əlavə kurslara getməyə ehtiyac olmayacaq. Bununla yanaşı, universitetdə təhsil alan tələbələr 40-a yaxın kursa yazıla bilər. Hər bir tələbənin fərdi tələbə e-maili olmalıdır ki, bu "Office 365" xidməti vasitəsilə reallaşdırılacaq və müəllimlərlə tələbələr bu elektron poçt vasitəsilə bir-biri ilə ünsiyyət qura biləcəklər. Eyni zamanda, bütün tələbələr lisenziyalı proqram təminatlarından pulsuz istifadə edə biləcəklər. Bununla da şirkət tələbələrin pirat proqramlardan istifadə etmək ehtiyacının qarşısını alacaq və onlara müəllif hüquqlarını qorumaq vərdişi aşılanacaq".
Aynur Vəliyeva
Baxış sayı: 812
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır