Tarix:28/06/13
Ədliyyə Nazirliyindən bildirilib ki, layihə Dünya Bankı tərəfindən ən uğurlu layihələrdən hesab olunmaqla, "Azərbaycan Respublikası vətəndaşlarına yüksəksəviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlib:
"Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə, həmçinin əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda yerləşən baş qərargahına səfərə dəvət edib.
Səfər zamanı F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işləri, müasir İKT-lərin hərtərəfli tətbiqini, yeni şəffaf, innovativ və elektron xidmətlərin yaradıldığını, "ASAN xidmət"in fəaliyyətini diqqətə çatdırıb".
Respublikamızda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq, səfər çərçivəsində nümayəndə heyəti ABŞ-ın məhkəmə sistemi və infrastrukturu, o cümlədən Ali Məhkəmə, ən müasir İKT-lərlə təchiz olunmuş və üç məhkəməni birləşdirən məhkəmə kompleksi ilə tanış olublar.
Həqiqət İSABALAYEVA
Ədliyyə orqanlarının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı davam etdirilir
Azərbaycanda məhkəmə-hüquq islahatlarına dəstək vermək üçün Dünya Bankının təşəbbüsü ilə keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə layihə davam etdirilir. Həmin sənədin icrası çərçivəsində artıq 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşa olunur.Ədliyyə Nazirliyindən bildirilib ki, layihə Dünya Bankı tərəfindən ən uğurlu layihələrdən hesab olunmaqla, "Azərbaycan Respublikası vətəndaşlarına yüksəksəviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlib:
"Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə, həmçinin əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda yerləşən baş qərargahına səfərə dəvət edib.
Səfər zamanı F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işləri, müasir İKT-lərin hərtərəfli tətbiqini, yeni şəffaf, innovativ və elektron xidmətlərin yaradıldığını, "ASAN xidmət"in fəaliyyətini diqqətə çatdırıb".
Respublikamızda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq, səfər çərçivəsində nümayəndə heyəti ABŞ-ın məhkəmə sistemi və infrastrukturu, o cümlədən Ali Məhkəmə, ən müasir İKT-lərlə təchiz olunmuş və üç məhkəməni birləşdirən məhkəmə kompleksi ilə tanış olublar.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 671
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır