Tarix:08/08/11
Drammondun bəyanatına cavab olaraq “Microsoft” şirkətinin əsas hüquq məsləhətçisi Bred Smit bildirib ki, “Microsoft” şirkəti “Google”-a “Novell” şirkəti patentlərinin birgə alınmasında iştirak etməyi təklif edib və “Microsoft” şirkətindən onun kolleqası Frenk Şo isə “Twitter şəbəkəsində “Microsoft” şirkətinin danışıqların aparılmasına hazırlığını təsdiq edən məktubun ekran görüntüsünü yerləşdirib.
Öz növbəsində, Devid Drammond “Google” şirkətinin “Novell” patentlərini “Microsoft” şirkəti ilə birgə almaqda iştirakdan imtinasını tamamilə məntiqi addım adlandırıb. “Microsoft” şirkətinin təklifi hiyləgər gediş idi. Belə ki, “Google” şirkəti onsuz da saziş üzrə partnyorların hücumlarının qarşısını almaq üçün “Novell” şirkətinin əldə edilmiş patentlərindən istifadə edə bilməyəcək”.
“Microsoft” şirkətinin cavabı dərhal gəlib. “Microsoft”-un korporativ kommunikasiyalar bölməsinin vitse-prezidenti Frenk Şo “Twitter” şəbəkəsində bildirib ki, “Google” şirkətinin patentlərin birgə alınmasında iştirakdan imtina etməsi tamamilə aydındır. “Google” şirkətinə patent məsuliyyətinin azalması məqsədi ilə digər şirkətlərlə əməkdaşlıq lazım deyil.
www.3dnews.ru
“Microsoft” “Google”-u eqoistlikdə ittiham edib
“Google” və “Microsoft” şirkətləri arasındakı mübahisə xoşbəxtlikdən məhkəmədə deyil, bloq səhifələrində davam edir. Hər şey “Google” şirkətinin baş vitse-prezidenti Devid Drammondun “Apple”, “Microsoft”, “Oracle” və bəzi digər şirkətlərin “Android” platformasına qarşı olan birləşməsi ilə bağlı ittihamından sonra başlanıb.Drammondun bəyanatına cavab olaraq “Microsoft” şirkətinin əsas hüquq məsləhətçisi Bred Smit bildirib ki, “Microsoft” şirkəti “Google”-a “Novell” şirkəti patentlərinin birgə alınmasında iştirak etməyi təklif edib və “Microsoft” şirkətindən onun kolleqası Frenk Şo isə “Twitter şəbəkəsində “Microsoft” şirkətinin danışıqların aparılmasına hazırlığını təsdiq edən məktubun ekran görüntüsünü yerləşdirib.
Öz növbəsində, Devid Drammond “Google” şirkətinin “Novell” patentlərini “Microsoft” şirkəti ilə birgə almaqda iştirakdan imtinasını tamamilə məntiqi addım adlandırıb. “Microsoft” şirkətinin təklifi hiyləgər gediş idi. Belə ki, “Google” şirkəti onsuz da saziş üzrə partnyorların hücumlarının qarşısını almaq üçün “Novell” şirkətinin əldə edilmiş patentlərindən istifadə edə bilməyəcək”.
“Microsoft” şirkətinin cavabı dərhal gəlib. “Microsoft”-un korporativ kommunikasiyalar bölməsinin vitse-prezidenti Frenk Şo “Twitter” şəbəkəsində bildirib ki, “Google” şirkətinin patentlərin birgə alınmasında iştirakdan imtina etməsi tamamilə aydındır. “Google” şirkətinə patent məsuliyyətinin azalması məqsədi ilə digər şirkətlərlə əməkdaşlıq lazım deyil.
www.3dnews.ru
Baxış sayı: 1222
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır