Tarix:28/06/13
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə fondun saytında yerləşdirilən elanda deyilir. Həmçinin qeyd edilir ki, bu xidmətlə bağlı irəli sürülən tələblərə əsasən, internet saytın dizaynı və funksionallığı Azərbaycan İpoteka Fondunun korporativ üslubuna uyğunluqla yanaşı, sosialyönümlü olmalı, internet saytın təhlükəsizliyinin təmin olunması məqsədilə həftəlik ehtiyat surəti çıxarılmalı və kənar hostinqdə saxlanılmalıdır. Bununla yanaşı, internet səhifənin Azərbaycan və ingilis dillərində olması, saytın ingilis dilinə tərcümə edilmiş vers
iyası peşəkarlıq və keyfiyyət nöqteyi-nəzərindən yüksək səviyyədə olması da tələblər sırasındadır.
İddiaçı şirkət və ya sahibkarlıqla məşğul olan fiziki şəxs ən azı 3 iri təşkilatda müvafiq layihələrin icrası üzrə minimum 1 il iş təcrübəsinə malik olmalıdır. Bu zaman, iddiaçı həyata keçirdiyi layihələrin siyahısını və bu barədə ətraflı məlumat təqdim etməlidir.
Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür. Satınalmada iştirak haqqı 50 AZN-dir.
Satınalma üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 26 iyul saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 15 iyul saat 18.00-dək təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Məsələ üzrə zərflər iyulun 29-da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaq.
Qeyd edək ki, əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Mətin Hacıyevə (daxili nömrə 133) müraciət etmək olar.
CAHANGİR
Azərbaycan İpoteka Fondunun saytı yenilənəcək
Azərbaycanın Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu internet səhifəsinin (www.amf.az) yenilənməsi ilə bağlı təkliflər sorğusu üsulu ilə satınalma keçirir."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə fondun saytında yerləşdirilən elanda deyilir. Həmçinin qeyd edilir ki, bu xidmətlə bağlı irəli sürülən tələblərə əsasən, internet saytın dizaynı və funksionallığı Azərbaycan İpoteka Fondunun korporativ üslubuna uyğunluqla yanaşı, sosialyönümlü olmalı, internet saytın təhlükəsizliyinin təmin olunması məqsədilə həftəlik ehtiyat surəti çıxarılmalı və kənar hostinqdə saxlanılmalıdır. Bununla yanaşı, internet səhifənin Azərbaycan və ingilis dillərində olması, saytın ingilis dilinə tərcümə edilmiş vers
iyası peşəkarlıq və keyfiyyət nöqteyi-nəzərindən yüksək səviyyədə olması da tələblər sırasındadır.
İddiaçı şirkət və ya sahibkarlıqla məşğul olan fiziki şəxs ən azı 3 iri təşkilatda müvafiq layihələrin icrası üzrə minimum 1 il iş təcrübəsinə malik olmalıdır. Bu zaman, iddiaçı həyata keçirdiyi layihələrin siyahısını və bu barədə ətraflı məlumat təqdim etməlidir.
Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür. Satınalmada iştirak haqqı 50 AZN-dir.
Satınalma üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 26 iyul saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 15 iyul saat 18.00-dək təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Məsələ üzrə zərflər iyulun 29-da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaq.
Qeyd edək ki, əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Mətin Hacıyevə (daxili nömrə 133) müraciət etmək olar.
CAHANGİR
Baxış sayı: 1159
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib