Tarix:01/07/13
Məlumdur ki, “Nokia” şirkəti “Siemens”də 50% payına görə 2 milyard dollara yaxın və ya 2,6 milyard dollar ödəməlidir, şirkətin bu qədər vəsaiti olmadığı üçün, o, bu məbləği yığmaq üçün mürəkkəb istiqraz strukturundan istifadə etmək niyyətindədir. Bu ilin ortalarına kimi “Nokia” ilə “Siemens” arasında bu səhmlərin satışına moratoriy qüvvədə idi, alman şirkətində satış haqda qərarı bir neçə il bundan öncə qəbul ediblər. “NSN”-də payını satmaqla “Siemens” energetika, dəmiryol nəqliyyatı və səhiyyə üçün avadanlıqların istehsalında fəaliyyətini yönləmək niyyətindədir.
Smartfon bazarında yüksələ bilməyən “Nokia” üçün tranzaksiya şans olmaqla bərabər, həm də əlavə yükdür. “Nokia” şirkəti “NSN” üzərində tam nəzarət əldə edir, bu da şirkətə telekom bazarında geniş təmsil olunmağa və operatorlarla daha aktiv danışıqlar aparmağa imkan verir. Digər tərəfdən, şirkət kəskin pul çatışmazlığı keçirdir və əlavə 2 milyard dolların xərclənməsi təhlükəli manevrdir.
Məlumdur ki, “Siemens” öncə “NSN”-də payının satışı ilə bağlı bir sıra idarəedici şirkətlər və sərmayə fondları ilə danışıqlar aparıb, lakin “Nokia” prioritet alıcı qismində qəbul edilib. “Bloomberg”in hesablamalarına əsasən, hazırda “Nokia”nın pul balansı 4,5 milyard avro təşkil edib, bu da 100 milyon avro bundan öncəki rübdəkindən çoxdur. Üç əsas reytinq agentliklərinin hər birisi “Nokia” borc öhdəlikləri ilə bağlı reytinqini zibil səviyyəsində saxlayırlar.
Aynur Vəliyeva
“Nokia” şirkəti “Nokia Siemens Networks”un yeganə sahibi ola bilər
“Nokia” şirkəti “Siemens” alman şirkətindən onun “Nokia Siemens Networks”da payını ala bilər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Nokia” və “Siemens” artıq bu gün rəsmi razılaşma haqda məlumat veriblər.Məlumdur ki, “Nokia” şirkəti “Siemens”də 50% payına görə 2 milyard dollara yaxın və ya 2,6 milyard dollar ödəməlidir, şirkətin bu qədər vəsaiti olmadığı üçün, o, bu məbləği yığmaq üçün mürəkkəb istiqraz strukturundan istifadə etmək niyyətindədir. Bu ilin ortalarına kimi “Nokia” ilə “Siemens” arasında bu səhmlərin satışına moratoriy qüvvədə idi, alman şirkətində satış haqda qərarı bir neçə il bundan öncə qəbul ediblər. “NSN”-də payını satmaqla “Siemens” energetika, dəmiryol nəqliyyatı və səhiyyə üçün avadanlıqların istehsalında fəaliyyətini yönləmək niyyətindədir.
Smartfon bazarında yüksələ bilməyən “Nokia” üçün tranzaksiya şans olmaqla bərabər, həm də əlavə yükdür. “Nokia” şirkəti “NSN” üzərində tam nəzarət əldə edir, bu da şirkətə telekom bazarında geniş təmsil olunmağa və operatorlarla daha aktiv danışıqlar aparmağa imkan verir. Digər tərəfdən, şirkət kəskin pul çatışmazlığı keçirdir və əlavə 2 milyard dolların xərclənməsi təhlükəli manevrdir.
Məlumdur ki, “Siemens” öncə “NSN”-də payının satışı ilə bağlı bir sıra idarəedici şirkətlər və sərmayə fondları ilə danışıqlar aparıb, lakin “Nokia” prioritet alıcı qismində qəbul edilib. “Bloomberg”in hesablamalarına əsasən, hazırda “Nokia”nın pul balansı 4,5 milyard avro təşkil edib, bu da 100 milyon avro bundan öncəki rübdəkindən çoxdur. Üç əsas reytinq agentliklərinin hər birisi “Nokia” borc öhdəlikləri ilə bağlı reytinqini zibil səviyyəsində saxlayırlar.
Aynur Vəliyeva
Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır