12px13px15px17px
Tarix:01/07/13

Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyirsinizmi?

Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyirsinizmi? Dövlət Sosial Müdafiə Fondunun  (DSMF) internet saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu məhz bu mövzuya həsr olunub. Sorğuya qatılanların 58,1 faizi əmək müqaviləsi ilə çalışdığını və fərdi şəxsi hesabını izlədiyini bildirib.

Fonddan bildirilib ki, respondentlərin 13,6 faizi suala “Xeyr, əmək müqaviləsi olmadan çalışıram və fərdi hesabıma ödəmələr həyata keçirilmir” cavabını verib. Sorğu iştirakçılarının 28,3 faizi elektron xidmət vasitəsilə fərdi şəxsi hasabın izlənilməsinin mümkünlüyündən məlumatsız olduğunu bildirib.

Sorğunun nəticələri göstərir ki, respondentlərin təxminən 60 faizə yaxını fərdi şəxsi hesabını izləsə də, yerdə qalan 40 faizə yaxın sorğu iştirakçısı ya əmək müqaviləsi ilə çalışmaması, ya da belə bir xidmətin istifadəyə verilməsindən məlumatsız olması səbəbindən öz fərdi hesabını izləmir. Bu isə aparılan maarifləndirmə işlərinə rəğmən hələ də əhalinin müəyyən hissəsinin özünün gələcək sosial təminatına biganə münasibət göstərdiyini deməyə əsas verir. 

İstənilən əmək müqaviləsi ilə çalışan vətəndaş hər hansı ödəmə həyata keçirmədən, DSMF-nin internet saytında və “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşdirilən istifadə qaydalarına uyğun olaraq, qeydiyyatdan keçib öz fərdi hesabının daimi izləyicisinə çevrilə bilər. Fərdi hesabın izlənilməsini mümkün edən “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malikdir.

Xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazanır.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024