12px13px15px17px
Tarix:01/07/13

“Mail.ru” portalı tamamilə öz axtarış sistemindən istifadəyə keçir

"Mail.ru" portalının mətbuat xidmətindən verilən məlumata görə, şirkət "Mail.ru" və digər layihələrinin auditoriyası üçün öz axtarış mühərrikini işə salıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "comScore" analitik şirkətinin 2013-cü ilin may ayına olan məlumatına əsasən, hazırda "Mail.Ru" axtarış layihəsinin qlobal aylıq auditoriyası 39,5 milyon istifadəçi təşkil edir.

Qeyd edək ki, "Mail.Ru Group" son bir neçə il ərzində öz axtarış sistemini yaradır. Bunun üçün layihənin komandası 15-dən 200-dək artırılıb. Buna görə son 6 ayda indeksin tutumu 5-dən 10 milyard sənədə kimi genişləndirilib və axtarış sorğularının emalına bir neçə min server ayrılıb.

Emil Hüseynov



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024