12px13px15px17px
Tarix:01/07/13

Azərbaycanda ən çox hansı domen adlarından istifadə olunur?


Azərbaycanda bu günə kimi 17910 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
"ICTnews" xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu il ölkədə cəmi 3102 domen qeydə alınıb, 1531 - qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1571 domen təşkil edib.

Hazırda Azərbaycanda 16716 -*.az, 705 -*.com.az, 169 -*.edu.az, 97 -*.org.az, 58 -*.net.az, 42 -*.int.az, 39 - *.co.az, 39 -*.pp.az,  23 -*.info.az, 11 - *.biz.az, 3 -*.name.az, 1 -*.mil.az, 1 - *.pro.az və 6 coğrafi adlardan ibarət domen adları istifadə olunur.

Son üç ildə *.az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub. Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci oldə *.az domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.

Aynur Vəliyeva
 




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024