12px13px15px17px
Tarix:02/07/13

Yanvar-iyun ayları ərzində 259 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Bu ilin 6 ayı ərzində Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi  (REVİNŞ) tərəfindən 382 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV)  texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

İdarədən verilən məlumata görə, müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı  259 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Onlardan 165 ədədi möhürlənib, 7 ədədi silinib, 12 ədədi qeydiyyata salınıb və 75 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 34 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024