12px13px15px17px
Tarix:02/07/13

Milli komandamız 25-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün Avstraliyaya yola düşür

6-13 iyul tarixlərində keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün milli komandamız Avstraliyanın Brisbane şəhərinə yola düşür.

Azərbaycanın milli komandasına fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə, eyni zamanda Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov başcılıq edir. 4 məktəblidən ibarət komandamızı Rəşid Qazıyev, Elmi Əhmədov, Tahir Əlizadə və Sənan Paşayev təmsil edir. Beynəlxalq İnformatika Olimpiadasında iştirak edəcək şagirdlər ilk dəfə olaraq, Respublika fənn olimpiadalarının nəticələrinə görə seçilib.


Qeyd edək ki, YUNESKO-nun təşəbbüsü ilə 1989-cu ildən başlayaraq hər il məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada (IOI) dünyada kompüter texnologiyaları üzrə ən nüfuzlu müsabiqə hesab edilir. İştirakçı ölkələrin sayı ildən-ilə artır. Bu il də mötəbər bilik yarışmasında dünyanın 80-dən çox ölkəsi, o cümlədən Argentina, Avstriya, Avstraliya, Çin Xalq Respublikası, Çex Respublikası, Danimarka, Banqladeş, Belarus, Belçika, Braziliya, Kanada, Kolumbiya, Xorvatiya və s. ölkələrdən olan komandalar təmsil olunacaq.
Hər ölkədən 4 məktəblinin qatıldığı olimpiadada ölkəmiz isə 1993-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün dəvət alsa da, 1994-cü ildən başlayaraq, hər il bu olimpiadaya qatılır. 1996, 1997, 2004-cü illərdə Azərbaycan məktəbliləri bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar.
Respublikamızda isə ilk dəfə İnformatika üzrə olimpiada 1989-cu ildən keçirilməyə başlanıb. Belə ki, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 10 oktyabr 1989-cu il tarixli, 1100 nömrəli əmri ilə "Məktəblilərin fənn olimpiadaları haqqında Əsasnamə" təsdiq edilib, olimpiadanın coğrafiyası daha da genişləndirilərək olimpiada keçirilən fənlərin sayı 4-dən 9-a çatdırılıb, olimpiadaların məktəb və rayon (şəhər) turlarında şagirdlərin VI sinifdən başlayaraq iştirak etməsi qərara alınıb. İnformatika üzrə Respublika olimpiadası martın 18-dən yekunlaşıb.

Ümumiyyətlə, növbəti beynəlxalq olimpiadanın keçiriləcəyi ölkə və yer Beynəlxalq Olimpiada Komitəsinin qərarı ilə 3 il əvvəldən müəyyənləşdirilir.

 Təhsil Nazirliyinin məlumatına görə, İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etmək üçün namizəd-ölkələr kifayət qədər mürəkkəb müsabiqə prosedurundan keçməlidirlər. Ona görə də hər il iştirakçıların sayı iştirak etmək istəyənlərin sayının çox olmasına baxmayaraq, bir o qədər də artıq olmur. Avstraliyadan sonra növbəti Beynəlxalq Olimpiadalar Tayvan (2014), Qazaxıstan (2015) və Rusiyada (Tatarıstan, 2017) keçiriləcək.

25-ci Beynəlxalq İnformatika Olimpiadasına gəlincə, bu barədə ətraflı məlumatı
"http://www.ioi2013.org"  saytından almaq mümkündür. Olimpiadanın gedişini sözügedən saytdan canlı izləmək də olacaq.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024