12px13px15px17px
Tarix:02/07/13

İT xərcləri artacaq

"Gartner" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə informasiya texnologiyalarına (İT) sərf ediləcək qlobal xərclərin həcmi 3,7 trilyon dollar təşkil edəcək. Ötən ilin göstəricisi ilə müqayisədə 2%-lik artım qeydə alınacaq, halbuki ekspertlərin əvvəlki qiymətləndirməsinə əsasən, İT xərclərinin 4.1%-lik artımını nəzərdə tuturdu.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, proqnozun azaldılması daha çox dolların kursunun dəyişilməsi ilə bağlıdır.

Fərdi kompüter, planşet, mobil telefon və printerlər daxil olmaqla qurğuların satın alınmasına sərf edilmiş xərclər ötən illə müqayisədə təxminən 2,8% artaraq 695 milyard dollar olacaq. Əvvəl bu göstəricinin 718 milyard dollar olacağı bildirilmişdi. Onların versiyasına görə, 2013-cü ilin birinci rübündə kompüter sənayesində qeydə alınmış azalma ikinci rübdə də saxlanılacaq və vəziyyət ikinci yarımillikdə bir qədər sabitləşəcək.

2013-cü ildə korporativ proqram təminatı bazarında xərclərin həcmi 6,4% artaraq 304 milyard dollar olacaq. "Gartner"in hesablamasına əsasən, 2012-ci ildə "CRM" həllər bazarının həcmi 12.5% artaraq 18 milyard dollar olub. Sözügedən proqram təminatından əldə edilən mənfəətin həcminə görə Almaniyanın "SAP" şirkətini geridə qoymuş Amerikanın "Salesforce.com" şirkəti lider olub.

İT xərclərinin həcmi nöqteyi-nəzərindən telekommunikasiya xidmətləri bazarı ən böyük seqment olaraq qalacaq. Bu il onun payına 1,66 trilyon dollar  düşəcək ki, bu da ötən illə müqayisədə 0,9% çoxdur. Ekspertlərin proqnozuna əsasən, səsli rabitə xidmətlərinə sərf ediləcək xərclərin həcmi azalacaq.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024