12px13px15px17px
Tarix:03/07/13

“Mənim Azərbaycanım” fotomüsabiqəsi başlayır


 
Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olarq “Mənim Azərbaycanım” internet fotomüsabiqəsinin başlanmasını elan edir.

Müsabiqə 3 nominasiya üzrə təşkil olunur:
  • Təbiət - Azərbaycanın gözəl mənzərələri
  • Tarix - Azərbaycanın adət-ənənələrini, zəngin tarixini əks etdirən fotolar
  • “Ən orijinal” foto.
Müsabiqə üçün fotoşəkillər 1 iyul - 31 oktyabr 2013-cü il tarixləri arasında qəbul olunur.
Qalibləri müəyyən etmək üçün internetdə noyabrın 1 - 25-də onlayn səsvermə keçiriləcək. Onlayn səsvermənin nəticələrinə və dövlət, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil olunan münsiflər heyətinin rəyinə uyğun olaraq qaliblər müəyyən edilərək onlara qiymətli mükafatlar təqdim olunacaq (hər nominasiya üzrə 1-ci yer – noutbuk, 2-ci yer – netbuk, 3-cü yer – 3G mobil telefon).
İştirakçılar hər nominasiya üzrə maksimum 3 fotoşəkil göndərə bilər. Fotoşəkillər keyfiyyətli olmalı və göndərilən hər bir fotoşəkil üçün müvafiq məlumatlar (şəklin adı və qısa təsviri, çəkilmə tarixi (gün, ay, il), yer (şəhər, rayon, qəsəbə, kənd) qeyd edilməli, eləcə də iştirakçının təqdim etdiyi şəkillər üzrə müəlliflik hüququ göstərilməlidir.

Müsabiqənin mövzusuna uyğun gəlməyən, zorakılığı təsvir edən, milli mentalitetə yad olan fotoşəkillər müsabiqəyə buraxılmır.

Fotoşəkillər “” saytı vasitəsilə birbaşa  www.iktili.az yüklənir.

Qaliblərin mükafatlandırılması 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində aparılacaq.
 
 



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024