Tarix:03/07/13
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən internet məkanda təşkil olunan "Mən Azərbaycanlıyam" online bilik yarışmasının növbəti qalibləri bəlli olub. RİTN-də keçirilmiş tədbirdə qaliblər mükafatlandırılıb .
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qalib iştirakçıları təbrik edərək layihənin əhəmiyyətindən danışıb. Nazir müavini 1 ay ərzində yarışmada qeydiyyatan keçmiş iştirakçıların sayının artıq 10 000-i keçdiyini və bu rəqəmin sürətlə artdığını vurğulanıb.
Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim edilıb. Belə ki, ay ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərən 3 nəfər ayın qalibi seçilib.
1-ci yeri tutan Günel Ağayevaya iPhone mobil telefon və mini iPhad, 2-ci yeri tutan Amin Quliyevə iPhone mobil telefonu, 3-cü yeri tutan Şahbaz Salmanova isə mini iPhad təqdim edilib.
Qeyd edək ki, yarışın şərtlərinə uyğun olaraq hər iki 10-günlüklərin 10 qalibi netbuk tipli kompüterlərə, ilk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – "Azerfon" və "Bakcell" şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.
Yarışmanın 01.07.2013-ci il tarixinə olan statistikası göstərir ki, ümumilikdə 10 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Onların 68% kişi istifadəçiləri 32% isə qadın istifadəçilərdir.
Respublikanın regionlarından da yarışmaya böyük maraq var. Belə ki, qaliblərin sırasında Astara, Şamaxı, Xaçmaz, Ağdam, Qazax, Ağstafa, Hacıqabul və Kürdəmir rayon sakinləri olub. Yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışma oyunun rəsmi saytı ( www.azerbaycanliyam.az ) və Facebookdakı səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ) vasitəsilə qoşulmaq mümkündür.
“Mən Azərbaycanlıyam” online bilik yarışmasının növbəti qalibləri mükafatlandırıldı

Baxış sayı: 1418
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı