12px13px15px17px
Tarix:03/07/13

ABŞ-ın Dövlət Departamenti "layk" almaqda ifşa olunub

ABŞ Dövlət Departamentinin yanında beynəlxalq informasiya proqramları bürosu “Facebook” sosial şəbəkəsində öz səhifələrinə  "layk" verilməsindən ötrü 630 mindən çox dollar xərcləyib.

Qurumun baş inspektoru abunəçilərin cəlb edilməsi üzrə kampaniyanın nəticələrinin qeyri-kafi olduğunu etiraf edib və belə nəticəyə gəlib ki, Dövlət Departamenti vergi ödəyicilərinin pulunu boş yerə xərcləyib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 500 milyondan çox dollar xərcləmiş Dövlət Departamenti “Facebook”da ingilisdilli səhifəsinin abunəçilərinin sayını 100 mindən 2 milyonadək artırıb.

Digər dillərdə olan səhifələrin auditoriyası 450 minədək artıb. Güman ki, cəlb edilmiş istifadəçilərin əksər hissəsi insan deyil, robot olub. Statistikaya əsasən, abunəçilərin yalnız təxminən 2%-i "layk" verir, materialları müzakirə edir və onları paylaşır.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024