Tarix:04/07/13
İyul ayının 3-dən etibarən, “Huawei Technologies” Azərbaycanda rəsmi distribüteri olan “Mobitel” şirkəti ilə birlikdə planşetlərin və smartfonların yeni modellərinin satışına başladı.
Telekommunikasiya həlləri üzrə dünya lideri “Huawei Technologies” mobil telefonların satış həcminə görə də dünyada ən böyük 3 şirkətdən biridir. Satışa çıxarılan məhsulların innovativliyinə, texniki göstəricilərinə, istifadədə rahatlığına, qiymətinə və keyfiyyət göstəricilərinə görə alıcıların məmnunluğuna səbəb olacağına inanan şirkət, yaxın gələcəkdə yeni məhsulu olan “Ascend P6” modelini də Azərbaycana gətirməyi planlaşdırır.
Planşetlər:
“Huawei”-in “MediaPad” planşetləri 3 model ilə satışa təqdim ediləcək.
“3G 42Mbps” dəstəkli “MediaPad 10 FHD” modelini 425 manata əldə etmək mümkün olacaq. 10 düyümlük planşet “FULL HD” dəstəklidir.
Planşet “Google Android 4.0 (Ice Cream Sandwich)” əməliyyat sistemi və 1.2 GHz-lıq “Quad-core Cortex-A9” prosessoru ilə təchiz olunmuşdur. Planşetin daxili yaddaşı 8, 16, 32 və 64 GB-dək olur; eyni zamanda 32 GB-dək “microSD” kartlardan istifadə etmək olar.
Digər planşet modeli isə “MediaPad 10 Link”-dir. Növbəti 10 düymlük planşetin satış qiyməti isə 345 manatdır. “HD & Full-view-angle Display”-ə malik planşetin əməliyyat sistemi “Android”, “v4.0 (Ice Cream Sandwich)”-dir və “Jelly Bean” şərti adlı v4.1-ə yüksəltmək mümkündür. “MediaPad 10 FHD” kimi 10 Link də eyni yaddaş imkanlarına malikdir.
“MediaPad 7 Lite” planşeti isə 7 düymlük ekran ölçüsü ilə daha kompakt planşet sevənlər üçün nəzərdə tutulub. “3G” dəstəkli planşeti 215 manata əldə etmək mümkündür. 8GB daxili yaddaşa malik planşeti “microSD” kartlardan istifadə edərək yaddaşını 32 GB-dək yüksəltmək olar. “Android”, “v4.0.4 (Ice Cream Sandwich)” əməliyyat sisteminə malik planşetin prosessoru “1.2 GHz Cortex-A8”-dir.
Smartfonlar
“Huawei”-in bazara çıxacaq yeni smartfonu “Ascend Mate” 420 manatdan alıcılarını gözləyəcək. 2 GB daxili yaddaşa malik smartfon “microSD” ilə 32 GB-a qədər yüksəltmək olar. 6.1 düymlük ekran isə “Gorilla Glass” örtüyə malikdir. “Android”, “v4.1 (Jelly Bean)” əməliyyat sisteminə malik telefonun proqram interfeysi “Huawei”-ə “Emotion UI”-dir. 8 MP, “LED flash” dəstəyi və avtofokus kameraya malikdir.
“Huawei”-in “Honor 2” smartfonu da gələn ay bazara çıxanlar arasındadır. “Android”, “v4.0.x (Ice Cream Sandwich)” əməliyyat sistemi ilə gələcək telefonun qiyməti 290 manatdır. 4.5 düymlük ekran 720 x 1280 həllolma əmsalına malikdir.
“Ascend G510” modeli isə satışa iki rəngdə - ağ və qara olaraq təqdim edilir. 4.5 düymlük telefon 165 manatdan satışa təqdim ediləcək. “4GB” daxili yaddaşa malik smartfonu digərlərində olduğu kimi “microSD” ilə “32 GB”-a qədər yüksəltmək mümkündür. “Android v4.1 (Jelly Bean)” əməliyyat sisteminə malik telefonun prosessoru “Qualcomm MSM8225 Snapdragon”-dur.
Yeni modellər arasında ən ucuzu “Ascend Y300” modeli 150 manatdan satışa təqdim ediləcək. Ağ və qara modelləri olacaq telefon 4 düymlük ekrana malikdir. “4GB” daxili yaddaşı 32 GB-a qədər “microSD” vasitəsilə yüksəltmək mümkündür.
Yuxarıda qeyd olunan bütün planşet və smartfonların ən böyük üstünlüyü “Android” mobil əməliyyat sistemi üzərində işləməsidir. “Android”, “Linux” əməliyyat sistemi əsaslı mobil və “PDA”-lar üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu əməliyyat sistemidir. “Google” və “Open Handset Allience” əməkdaşlığı ilə ərsəyə gəlmişdir.
“Android”in son versiyaları, çoxlu vəzifə (multitasking), çoxlu toxunuş (multitouch) dəstəyi ilə birlikdə gəlməkdədir. Sistem VGA, 2D qrafik arxivlər, “OpenGL ES 1.0” əsaslı 3D Qrafik arxivlərinə və ənənəvi telefon çıxışlarına son dərəcə asan uyğunlaşma təmin edir. Məlumat yığma məqsədli “SQLite” istifadə edilməkdədir. “Android”, “GSM”, “Bluetooth”, “EDGE”, “3G” və “Wi-Fi” funksiyalarını dəstəkləyir. Həm SMS, həm də MMS dəstəyi var. “Android”-in veb-səyyahı (browser) açıq qaynaq kodlu “WebKit application framework” üzərinə qurulmuşdur. “Android”, “MPEG-4”, “MP4”, “H. 264”, “MP3” və “AAC”, “AMR”, “JPEG”, “PNG”, “GIF” kimi səs, video, şəkil formatlarını dəstəkləməkdədir.
“Play Store” vasitəsilə yüz minlərlə proqram əlavəsinə çatmaq telefon sahibləri üçün çox asan olur. Günümüzdə sıx istifadə olunan sosial şəbəkələrə - “Facebook”, “Twitter”, “YouTube” və s. Müxtəlif oyunlara bu telefonlar vasitəsilə rahat çatmaq mümkündür.
“Huawei” mobil cihazlarında, “Emotion UI” interfeysini istifadə edir. “Huawei” tərəfindən inkişaf etdirilən bu interfeys “Android” təcrübəsini daha yaxşı hiss etməyə kömək edir. “Emotion UI” ilə birgə gələn "Smart Tutorial" funksiyası, yeni istifadəçilərə telefonu necə istifadə edəcəklərini göstərir. Digər sahələrdə isə fərdiləşdirməyə və sadəliyə əhəmiyyət verilir. "Me Widget", ən sıx çatılan məlumatları və funksiyaları tək, xüsusiləşdirilə bilən bir qovluq içində yığır.
“Huawei” “Emotion UI” interfeysini hər ay təkmilləşdirib xüsusi yeniləmələr yayımlayacaq.
Məhsulları “Magnit” mağazalar şəbəkəsində və digər mobil telefon mağazalarında əldə edə bilərsiniz.
RƏVAN
“Huawei” 7 modelini Azərbaycan bazarına çıxarır

Baxış sayı: 1240
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır