Tarix:04/07/13
"Nokia Siemens Networks" şirkəti "MTS"-in "4G" şəbəkəsinin tikilməsini nəzərdə tutan müqaviləni udub. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, müqavilə "Nokia Siemens" yüksəksürətli məlumatların ötürülməsini təmin edən LTE-şəbəkənin yaradılmasını nəzərdə tutur.
Müqavilənin qiyməti 200 milyon dollar təşkil edir və gələcəkdə daha da artırıla bilər. Öncə "MTS" İsveçrənin "Ericsson" şirkəti ilə Rusiyanın cənubunda, Volqayanı regionda, Sibirdə və Uralda LTE-şəbəkənin yaradılması ilə bağlı kontrakt bağlamışdır. "Nokia Siemens" şirkəti ilə saziş Moskva daxil olmaqla mərkəzi regionu əhatə edir.
Beləliklə, "MTS"-in Uzaq Şərqdə və ölkənin şimal-qərbində daha iki tenderi qalır.
Xatırladaq ki, Rusiyada "4G"-lisenziyalar bir il bundan öncə paylanıb və onları mobil rabitə operatorlarının Böyük üçlüyü, həmçinin "Rostelekom" alıb. Onlar 2019-cu ilədək hər il şəbəkələrin inkişafına 15 milyard rubl sərmayə qoymağa söz veriblər.
Aynur Vəliyeva
“Nokia Siemens Networks”la “4G”-ni inkişaf etdirəcək

Baxış sayı: 835
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır