Tarix:04/07/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. Hazırda Azərbaycanda çox böyük intellektə, potensiala malik olan gənclərin olduğunu vurğulayan nazirin sözlərinə görə, həmin şəxslər iqtisadiyyatda öz bizneslərini qurmaq üçün müxtəlif istiqamətlər axtarırlar. Onlar üçün də xüsusi şərait, kömək lazımdır:
"Bizim "startup" layihələrinin inkişafı üçün atdığımız addımlar ondan ibarətdir ki, gəncləri müəyyən investisiya vəsaitləri ilə, güzəştli şəraitlə təmin edək və onlara inkişaf üçün müxtəlif imkanlar açaq. Ümumiyyətlə, "startup" şirkətlərinin inkişafı üçün əsasən xüsusi fondlar fəaliyyət göstərir. Onlardan biri də yenicə yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Həmçinin də texnoparkların yaradılması, "startup"çılara vergi, gömrük güzəştlərinin edilməsi, digər tərəfdən isə investorlar ilə yaxınlaşdırmaq, təklifləri investorlarla birgə müzakirələr edib, ideyalara investisiya qoyuluşlarını həyata keçirmək də fəaliyyətimizə və məqsədlərimizə daxildir. Bu istiqamətlər üzrə çalışacağıq ki, geniş gənclər kütləsi daha çox innovativ layihələrini həyata keçirə bilsinlər.
SEYMUR
Nazir: «Gənclərə innovativ layihələrin həyata keçirilməsi üçün şərait yaradacağıq»
"Azərbaycanın gələcək 8-10 ilinin iqtisadi inkişafının əsas istiqamətlərindən biri də innovativ sahibkarlıq, innovasiyalı iqtisadiyyatdır. Bu istiqamətdə yeni yaranan şirkətlərin, "startup"ların inkişaf etdirilməsinə böyük ehtiyac var"."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. Hazırda Azərbaycanda çox böyük intellektə, potensiala malik olan gənclərin olduğunu vurğulayan nazirin sözlərinə görə, həmin şəxslər iqtisadiyyatda öz bizneslərini qurmaq üçün müxtəlif istiqamətlər axtarırlar. Onlar üçün də xüsusi şərait, kömək lazımdır:
"Bizim "startup" layihələrinin inkişafı üçün atdığımız addımlar ondan ibarətdir ki, gəncləri müəyyən investisiya vəsaitləri ilə, güzəştli şəraitlə təmin edək və onlara inkişaf üçün müxtəlif imkanlar açaq. Ümumiyyətlə, "startup" şirkətlərinin inkişafı üçün əsasən xüsusi fondlar fəaliyyət göstərir. Onlardan biri də yenicə yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Həmçinin də texnoparkların yaradılması, "startup"çılara vergi, gömrük güzəştlərinin edilməsi, digər tərəfdən isə investorlar ilə yaxınlaşdırmaq, təklifləri investorlarla birgə müzakirələr edib, ideyalara investisiya qoyuluşlarını həyata keçirmək də fəaliyyətimizə və məqsədlərimizə daxildir. Bu istiqamətlər üzrə çalışacağıq ki, geniş gənclər kütləsi daha çox innovativ layihələrini həyata keçirə bilsinlər.
SEYMUR
Baxış sayı: 788
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı