Tarix:05/07/13
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ilkin nəticələrə əsasən, cari ilin aprel-iyun ayları ərzində şirkətin əməliyyat mənfəəti təxminən 9,5 trilyon von və ya 8,3 milyard dollar olub. Analitiklər sözügedən göstəricini 10 trilyon von səviyyəsində gözləyirdilər. Qeyd edək ki, "Samsung" şirkəti bu gün ilkin nəticələri dərc edib, yekun məlumatlar iki həftə sonra əlçatan olacaq. İlkin məlumatların dərc edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 13% azalıb.
Şirkət smartfonların satış həcmi haqqında məlumat dərc etməyib, lakin birja analitikləri hesab edirlər ki, bu göstərici 74 milyon smartfon olub.
Şirkətin bəyanatına əsasən, hesabat rübündə "Samsung"un mənfəəti 57 trilyon von təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 47.6 trilyon von olub. Analitiklər "Samsung"dan 58,6 trilyon von səviyyəsində satış həcmi gözləyirdilər.
Emil Hüseynov
“Samsung” analitikləri məyus etdi
Dünyanın ən böyük smartfon istehsalçısı "Samsung Electronics" şirkəti bu gün rüblük nəticələri dərc edib. "Galaxy S4" smartfonunun satış həcminin aşağı düşməsi fonunda analitiklərin gözləntiləri özünü doğrultmayıb. Rüblük nəticələrin dərc edilməsindən sonra Koreya şirkətinin səhmlərinin qiyməti aşağı düşüb."ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ilkin nəticələrə əsasən, cari ilin aprel-iyun ayları ərzində şirkətin əməliyyat mənfəəti təxminən 9,5 trilyon von və ya 8,3 milyard dollar olub. Analitiklər sözügedən göstəricini 10 trilyon von səviyyəsində gözləyirdilər. Qeyd edək ki, "Samsung" şirkəti bu gün ilkin nəticələri dərc edib, yekun məlumatlar iki həftə sonra əlçatan olacaq. İlkin məlumatların dərc edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 13% azalıb.
Şirkət smartfonların satış həcmi haqqında məlumat dərc etməyib, lakin birja analitikləri hesab edirlər ki, bu göstərici 74 milyon smartfon olub.
Şirkətin bəyanatına əsasən, hesabat rübündə "Samsung"un mənfəəti 57 trilyon von təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 47.6 trilyon von olub. Analitiklər "Samsung"dan 58,6 trilyon von səviyyəsində satış həcmi gözləyirdilər.
Emil Hüseynov
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır