Tarix:05/07/13
ABŞ kəşfiyyat strukturlarının onların şəxsi məlumatlarını ələ keçirməyindən çəkinən internet istifadəçiləri özləri haqda məlumatları və veb-səhifələri ABŞ-da yerləşən serverlərdə yerləşdirməməlidirlər.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix bildirib ki, Almaniyanın təhlükəsizlik orqanları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin, internet istifadəçilərinin izlənməsi üçün istifadə edilən PRİSM adlı məxfi proqramın mövcudluğu haqda məlumatsız olublar.
Almaniyanın Konstitusiyanın qorunması üzrə federal idarəsinin rəhbəri Hans-Qeorq Maasen deyib ki, alman əks-kəşfiyyatı Avropa İttifaqının məmurlarının amerikalılar tərəfindən izlənməsi və Almaniya vətəndaşlarının telefon və internet bağlantısı zamanı məlumat əldə etməsi ilə bağlı xəbərsiz olublar. Buna baxmayaraq Maasen istisna etməyib ki, ABŞ xüsusi xidmətlərin əməkdaşlığı çərçivəsində Almaniyaya qlobal şəbəkədə hərəkət edən ekstremistlər haqda PRİSM vasitəsi ilə dəyərli məlumatlar verib.
Daxil İşlər Nazirliyinin rəhbəri eyni zamanda bildirib ki, hökumətin Amerikanın xüsusi xidmətlərinin alman telekommunikasiya qovşaqlarına səfirliklərin və rəsmi orqanların nümayəndələrinin danışıqlarını izləmək üçün qoşulması haqda məlumatı yoxdur.
O qeyd edib ki, yaxın zamanda alman nümayəndə heyəti Vaşinqtona "şəbəkə" casusluğu haqda məlumat almaq üçün yola düşəcək.
Aynur Vəliyeva
Almaniya hökuməti Amerika hostinqindən imtina etməyi təklif edir

Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib