Tarix:05/07/13
Azərbaycanda genişzolaqlı internetin iqtisadiyyatın inkişafında və səmərəliliyində rolunun artırılması üçün zəruri infrastrukturun genişləndirilməsi üzrə işlər aparılır.
Genişzolaqlı xidmət infrastrukturunun yayılma coğrafiyası artdıqca, internet vasitəsilə göstərilən e-xidmətlərin sayı çoxaldıqca abunəçi bazası və istifadəçilərin sayı da durmadan artır. 2011-ci illə müqayisədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan 50-yə yüksəlib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə,
Azərbaycanda genişzolaqlı internetin inkişafını şərtləndirən əsas amillərdən biri də aparılan effektiv tarif siyasətidir. Son 5 il ərzində limitsiz genişzolaqlı internet tarifləri orta hesabla 12,5 dəfə aşağı endirilib. Sonuncu dəfə tariflər 2012-ci ilin sentyabr ayında aşağı salınıb.
Hazırda limitsiz ADSL qoşulması üzrə 1 Mbit/s.-nin qiyməti 12,7 ABŞ dolları, 2 Mbit/s-nin qiyməti isə 19 ABŞ dollarıdır. Bu qiymət dəyişikliyi Azərbaycanda genişzolaqlı tariflərin region ölkələri ilə müqayisədə aşağı olmasını təmin edib. 2012-ci ildə genişzolaqlı internet üzrə orta qiymət əhalinin orta aylıq gəlirinin 2.5%-ni təşkil edir və bu da BTİ-nin inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması barədə hədəfinin artıq təmin olunması deməkdir.
Eyni zamanda hazırda Azərbaycanda "Hər evə optika" layihəsi üzərində işlər aparılır. 2012-ci ildə ölkə prezidentinin hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.
Layihənin icrası əhalini Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə təmin edəcək.
Layihənin həyata keçirilməsi nəticəsində ölkənin regionları arasındakı İKT infrastrukturunun inkişafındakı "rəqəmsal fərq" aradan qaldırılacaq, ölkənin rəqəmsallaşma indeksi, İKT-nin inkişafının infrastruktur və keyfiyyət göstəriciləri inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşacaq, əhalinin tam yüksəkkeyfiyyətli internet xidmətlərindən cəlbedici qiymətlərlə istifadəsi təmin ediləcək, genişzolaqlı internet xidmətlərinin yayılma səviyyəsi 85%-ə çatacaq, əhalinin İKT savadlılığı yüksələcək, ölkənin hər bir yaşayış məntəqəsində "elektron hökumət" həllərindən istifadə imkanlığı təmin ediləcək və elektron xidmətlərin geniş tətbiqinə nail olunacaq.
Qeyd edək ki, Dünya Bankının qiymətləndirmələrinə ("Broadband Strategies Handbook") görə, 2000-2006-cı illərdə aşağı və orta gəlirli ölkələrdə genişzolaqlı internetin 10 % artması ÜDM-in 1.38% artımını təmin edib. Eyni zamanda BMT-nin Minilliyin İnkişaf Hədəflərində genişzolaqlı internetin inkişafı yer alıb və bu istiqamətdə fəaliyyət göstərən BTİ-nin Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyası 2015-ci ilədək internetin yayılmasının dünya üzrə 60%-ə çatması və inkişaf etməkdə olan ölkələrdə ev təsərrüfatlarının 40%-nin internetə çıxışının olmasını əsas hədəf kimi müəyyən edib.
Həqiqət İSABALAYEVA
Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan 50-yə yüksəlib
Azərbaycanda genişzolaqlı internetin iqtisadiyyatın inkişafında və səmərəliliyində rolunun artırılması üçün zəruri infrastrukturun genişləndirilməsi üzrə işlər aparılır.
Genişzolaqlı xidmət infrastrukturunun yayılma coğrafiyası artdıqca, internet vasitəsilə göstərilən e-xidmətlərin sayı çoxaldıqca abunəçi bazası və istifadəçilərin sayı da durmadan artır. 2011-ci illə müqayisədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan 50-yə yüksəlib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə,
|
Hazırda limitsiz ADSL qoşulması üzrə 1 Mbit/s.-nin qiyməti 12,7 ABŞ dolları, 2 Mbit/s-nin qiyməti isə 19 ABŞ dollarıdır. Bu qiymət dəyişikliyi Azərbaycanda genişzolaqlı tariflərin region ölkələri ilə müqayisədə aşağı olmasını təmin edib. 2012-ci ildə genişzolaqlı internet üzrə orta qiymət əhalinin orta aylıq gəlirinin 2.5%-ni təşkil edir və bu da BTİ-nin inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması barədə hədəfinin artıq təmin olunması deməkdir.
Eyni zamanda hazırda Azərbaycanda "Hər evə optika" layihəsi üzərində işlər aparılır. 2012-ci ildə ölkə prezidentinin hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.
Layihənin icrası əhalini Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə təmin edəcək.
Layihənin həyata keçirilməsi nəticəsində ölkənin regionları arasındakı İKT infrastrukturunun inkişafındakı "rəqəmsal fərq" aradan qaldırılacaq, ölkənin rəqəmsallaşma indeksi, İKT-nin inkişafının infrastruktur və keyfiyyət göstəriciləri inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşacaq, əhalinin tam yüksəkkeyfiyyətli internet xidmətlərindən cəlbedici qiymətlərlə istifadəsi təmin ediləcək, genişzolaqlı internet xidmətlərinin yayılma səviyyəsi 85%-ə çatacaq, əhalinin İKT savadlılığı yüksələcək, ölkənin hər bir yaşayış məntəqəsində "elektron hökumət" həllərindən istifadə imkanlığı təmin ediləcək və elektron xidmətlərin geniş tətbiqinə nail olunacaq.
Qeyd edək ki, Dünya Bankının qiymətləndirmələrinə ("Broadband Strategies Handbook") görə, 2000-2006-cı illərdə aşağı və orta gəlirli ölkələrdə genişzolaqlı internetin 10 % artması ÜDM-in 1.38% artımını təmin edib. Eyni zamanda BMT-nin Minilliyin İnkişaf Hədəflərində genişzolaqlı internetin inkişafı yer alıb və bu istiqamətdə fəaliyyət göstərən BTİ-nin Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyası 2015-ci ilədək internetin yayılmasının dünya üzrə 60%-ə çatması və inkişaf etməkdə olan ölkələrdə ev təsərrüfatlarının 40%-nin internetə çıxışının olmasını əsas hədəf kimi müəyyən edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 908
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib