12px13px15px17px
Tarix:05/07/13

“Huawei” LTE ilə GSM/UMTS arasında keçid üçün yeni həllər tərtib edib


“Huawei” şirkəti, LTE ilə GSM/UMTS arasında keçid keyfiyyətinin xeyli yaxşılaşdırılması üçün “Ultra-Flash CSFB” (Circuit Switched Fallback) həllinin kompleks testləşdirilməsini həyata keçirib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, LTE şəbəkəsində səsli rabitə təşəbbüsündən sonra “Ultra-Flash CSFB” həlli eyni vaxtı smartfona LTE şəbəkəsindən GSM və ya UMTS-ə keçid üçün indikasiyanın göndərilməsini və smartfon üçün resursların hazırlanması məqsədi ilə kanalların kommutasiyası ilə əsas şəbəkəyə siqnalların göndərilməsini təmin edir. Standarta əsasən, “CSFB” üçün smartfona öncə indikasiyanın göndərilməsi tələb olunur və artıq bundan sonra GSM/UMTS şəbəkəsinə çıxış təqdim edilir.

Kompleks testləndirmə Şanxayda “mLAB Huawei” elmi-araşdırma mərkəzində  keçirilib. O, mövcud olan radioçıxış şəbəkəsində, kommersiya nöqteyi-nəzərindən əlçatımlı smartfonu istifadəetməklə əsas paket ötürmə şəbəkəsi və əsas kommutasiya kanalları şəbəkəsində həyata keçirilib.

Testləndirmənin nəticələri, ənənəvi GSM və ya UMTS şəbəkələrində çağırışlarla müqayisədə qoşulma vaxtının 20% azalmasını göstərib.

Aynur Vəliyeva




Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024