Tarix:06/07/13
Pakistan məhkəməsi “YouTube” portalının ölkədə nizam-intizama mənfi təsir göstərdiyinə görə bağlı qalması haqda qərar qəbul edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Pakistanda “YouTube” portalına qadağa ötən ilin sentyabrında, Məhəmməd peyğəmbəri arzuedilməz şəkildə təqdim edən “Müsəlmanların isməti” videoçarxı yerləşdirildikdən bu vaxta qədər qüvvədədi.
Pakistanın telekommunikasiya operatoru URL səviyyəsində bu portalı bloklayıb, çünki bunu ayrı-ayrı videokliplərə qarşı tətbiq etmək mümkün deyil.
Pakistanın “Bytes For All” qeyri-hökumət təşkilatı buna qarşı etirazla çıxış edib və tələb edib ki, təkcə bu kontent yerləşdirilən 700-800 müəyyən edilmiş ünvanlar bloklaşdırılsın və selektiv filtrlər istifadə edilsin.
Təşkilat öz etirazını, tələbələrin onlara tələb olunan kontentə çıxmaq imkanının məhdudlaşması, ölkənin beynəlxalq aləmdə imicinə mənfi təsirinə, ölkənin və cəmiyyətin ümumi inkişafını ləngitməsi ilə əsaslandırıb.
Xatırladaq ki, ötən il “Google” şirkəti Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrin sorğularına regional selektiv bloklar tətbiq edib.
Bir ay bundan öncə isə “The Times of India” Pakistan hakimiyyətinin “Google” şirkətinin bütün resurslarına çıxışı bağlamaq niyyətində olduğunu bildirib.
Pakistanın İT və telekommunikasiya naziri Anuş Rəhman Xan bəyan edib ki, “Google” problemə öz baxışlarını dəyişməsə, Pakistan onun bütün servislərinə çıxışı bağlamaq məcburiyyətində qalacaq.
"Bizim işimiz internetin və bütün servislərin normal işini təmin etməkdədir, lakin bu ölkədə qəbul edilmiş etik və əxlaqi normalara ziddirsə, biz bütün servisləri bağlayacağıq, hətta bunun üçün əlavə sərmayə qoymaq lazım gəlsə belə”,- deyə o bildirib.
Aynur Vəliyeva
Pakistanda “YouTube” hələ də bağlıdır

Baxış sayı: 706
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib