Tarix:06/07/13
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bölmə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov iclasın bölmə institutlarının informasiyalaşdırılması məsələlərinə həsr olunduğunu bildirib. Müasir dövrdə informasiyanın cəmiyyətdə həlledici amil olduğunu söyləyən akademik hər bir institutda informasiya sisteminin yaradılmasının üstünlüklərindən söz açıb.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev müasir dövrdə hər bir idarə və təşkilatın, müəssisənin informasiya təminatının gücləndirilməsinin qlobal informasiya cəmiyyətinin, "Elektron-elm" Proqramının, bir sözlə, elektron dövlət quruculuğunun tərkib hissəsi olduğunu bildirib.
R.Əliquliyev AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulmuş tədbirlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, burada əsas məsələlərdən biri də bölmə institutlarının əməkdaşlarına treninqlərin təşkil edilməsidir: "Məqsəd yüksək İT biliklərinə malik kadrların hazırlanmasıdır".
İclasda, həmçinin Biologiya və Tibb Elmləri Bölməsi institutlarının müasir kompüter avadanlıqları ilə təchiz olunması və şəbəkə infrastrukturunun yenidən qurulması, institutların fəaliyyətinin informasiyalaşdırılması, elektron sənəd dövriyyəsi sisteminin yaradılması, dövri elmi nəşrlərin analizi və s. məsələlər müzakirə edilib.
CAHANGİR
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi institutlarının informasiyalaşdırılması işlərinə başlanılır

Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır