Tarix:08/07/13
Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 29-cu bəndinə əsasən, “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Prezident yanında Elmin İnkişafı Fondu (EİF) cari ildə müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirəcək.
Fond tərəfindən 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə bir neçə qrant müsabiqəsinin (pilot layihə, fundamental-tətbiqi xarakterli layihələr və s. üzrə) keçirilməsi planlaşdırılır. Bu məqsədlə müsabiqə şərtləri, elmi istiqamətlər və prioritetlər müəyyənləşdirilib.
Fondun icraçı direksiyasından bildirilib ki, EİF-in böyük maliyyə həcmli pilot qrant layihələrinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika, Geologiya, Aşqarlar Kimyası institutlarında, Azərbaycan Tibb Universitetində uğurla reallaşdırılması, həmçinin AMEA-nın Botanika, Genetika və Kimya Problemləri institutlarında davam etdirilməsi, layihələr çərçivəsində alınaraq quraşdırılmış ultra-modern cihazlarda rəqabət apara biləcək ilkin elmi nəticələrin alınması, xaricdə kadr hazırlığının müsbət effektləri pilot layihələrin davam etdirilməsinə və bu tip layihələrin müxtəlif elm sahələri və istiqamətlərində daha geniş tətbiqinə əsas verir.
EİF İKT-nin inkişafına yönəlmiş pilot layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün qısamüddətli və məqsədli müsabiqəsini (EİF-MQM-2/İKT-1-2013-5(11) elan edib. Müsabiqənin məqsədi elmi-tədqiqat müəssisələrinin və elmin inkişafına xidmət edən qurumların maddi-texniki bazasının ən müasir səviyyədə yenidən qurulması və fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin qısa müddət ərzində informasiya-kommunikasiya təminatı sahəsində əhəmiyyətli nəticələrə nail olunmasının stimullaşdırılması kimi prioritetlər əsas tutulmaqla, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturunun və modern kitabxana sisteminin yaradılması üçün informasiya-kommunikasiya texnologiyaları və avadanlığı ilə təminatın müvafiq hissəsinin qurumlar tərəfindən təqdim edilmiş böyük maliyyə həcmli pilot layihə vasitəsilə reallaşdırılmasıdır.
Müsabiqə üzrə pilot layihənin maliyyələşdirilmə həcmi 1 500 000 manat təşkil edir. Müsabiqə şərtlərinə gəlincə, məqsədli xarakter daşıyan bu müsabiqədə AMEA və digər müvafiq qurumlar iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalı və qurumun və ya təşkilatın tabe olduğu yuxarı orqanın rəsmi təqdimatı olmalıdır. Təqdimat formal olaraq yazılmamalı və təqdim olunan layihənin əhəmiyyəti, gözlənilən nəticələri və elmin inkişafına verə biləcəyi töhfələr qısa, lakin dolğun şəkildə açıqlanmalıdır.
Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 27 iyun tarixindən başlayaraq qəbul olunub. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix isə iyulun 3-də tamamlanıb. Fonddan qeyd edilib ki, müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqənin texniki ekspertiza mərhələsindən qəti olaraq keçmir və elmi ekspertiza mərhələsinə buraxılmır.
Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən layihələrin ekspertizası mərhələlərində saxta sənəd, imza və məlumatların təqdim olunması layihənin elmi ekspertizadan kənarlaşdırılmasına səbəb olur. Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib.
Həqiqət İSABALAYEVA
Elmin İnkişafı Fondu İKT-nin inkişafına yönəlmiş pilot layihələrin maliyyələşdirilməsi məqsədi ilə müsabiqə elan edib

Baxış sayı: 1071
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır