12px13px15px17px
Tarix:08/07/13

“Elektron Səhiyyə” çərçivəsində müxtəlif kateqoriyalar üzrə əhalinin elektron kartlarla təmin olunması davam etdirilir


“Elektron Səhiyyə” çərçivəsində müxtəlif kateqoriyalar üzrə əhalinin elektron kartlarla təmin olunması davam etdirilir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildirilib ki, iyun ayında yenidoğulmuşlar üçün 14585 “Elektron Sağlamlıq Kartı” verilib. Bundan başqa, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların ( obliqat qruplar ) vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə tibbi müayinədən keçən işçilərə 5385 “Tibbi Müayinə Kartı” və şəkərli diabet xəstələri üçün 1744 ədəd “İmtiyazlı Kart” paylanıb:

“İyun ayında “Elektron hökumət” portalının araşdırmalarına nəzər yetirsək, “Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri”nə daxil edilmiş informasiya sistemlərinin sayı barədə olan statistik göstəricilərə görə, Səhiyyə Nazirliyi 64 müəssisədən 15-ci yerdə və Nazirlər Kabinetinin 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası  barədə məlumata əsasən, 43 müəssisədən 14-cü yerdə (10 elektron xidmətdən 2643 nəfər istifadə etməklə) qərarlaşıb”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024