Tarix:08/07/13
Xəzər Universitetində təşkil olunan konfransda ilk olaraq Azərbaycan və Gürcüstandan olan təşkilatçılar adından Tamar Andghuladze və Rəşad Əliyev iştirakçıları salamlayıblar. “İlk Addımlar”ın rəhbəri R.Əliyev bildirib ki, konfrans beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirmək məqsədi daşıyır.
Bundan əlavə, konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə veb-inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.
Daha sonra çıxışçılar xüsusi təqdimatlarını nümayiş etdiriblər. “Nokia”, “Mobitel”, “Microsoft”, “Huawei”, “ITDC” və Xəzər Universitetinin dəstək olduğu konfrans müddətində müxtəlif layihələr çərçivəsində məhsul və xidmətlərin iştirakçılara təqdim edilməsi üçün sərgi də təşkil olunub.
Qeyd edək ki, konfransın keçirildiyi günlərdə (6-7 iyul) iştirakçılar üçün də bir sıra maraqlı aksiyalar keçirilib. Bundan əlavə, konfransın yekununda iştirakçılar arasında lotereya keçirilib və qalib gələn şəxslər mobil telefonlar qazanıblar.
Həqiqət İSABALAYEVA
Bakıda veb-texnologiyalar mövzusunda konfrans keçirilib
Bakıda Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə veb-texnologiyalar mövzusunda beynəlxalq konfrans keçirilib.Xəzər Universitetində təşkil olunan konfransda ilk olaraq Azərbaycan və Gürcüstandan olan təşkilatçılar adından Tamar Andghuladze və Rəşad Əliyev iştirakçıları salamlayıblar. “İlk Addımlar”ın rəhbəri R.Əliyev bildirib ki, konfrans beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirmək məqsədi daşıyır.
Bundan əlavə, konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə veb-inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.
Daha sonra çıxışçılar xüsusi təqdimatlarını nümayiş etdiriblər. “Nokia”, “Mobitel”, “Microsoft”, “Huawei”, “ITDC” və Xəzər Universitetinin dəstək olduğu konfrans müddətində müxtəlif layihələr çərçivəsində məhsul və xidmətlərin iştirakçılara təqdim edilməsi üçün sərgi də təşkil olunub.
Qeyd edək ki, konfransın keçirildiyi günlərdə (6-7 iyul) iştirakçılar üçün də bir sıra maraqlı aksiyalar keçirilib. Bundan əlavə, konfransın yekununda iştirakçılar arasında lotereya keçirilib və qalib gələn şəxslər mobil telefonlar qazanıblar.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 821
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır