Tarix:08/07/13
Cari ilin 6 iyul tarixindən etibarən "Azərspace-1" peykindən ayı-ayrı ölkələrin ingilis, rus və türkdilli olmaqla 30-dan çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanılıb. Yeni kanalların qəbul tezliyi – 11094 MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/svə11135MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/s-dir. Kanalların seçimində dil, yaş, janr qrupları və tamaşaçı kütlələrinin başlıca maraq dairələri nəzərə alınıb.
Xatırladaq ki, artıq 1 aydan çoxdur ki, "Azərspace-1" peykindən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, İctimai TV, CBC Azerbaijan, Xəzər TV və Azad Azərbaycan TV) və bır sıra farsdilli kanallar da yayımlanmaqdadır. Hazırda, ümumilikdə "Azərspace-1" peykindən yayımlanan kanalların sayı 50-yə çatmışdır vəyayımlanan televiziya və radio kanallarının sayının mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur.
"Azərspace-1" peyki 2013-cü ilin fevral ayında 46 dərəcə şərq uzunluğundakı orbitə çıxarılmış və cari ilin may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb. "Azərspace-1" peykinin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir və peyk "Azərkosmos" ASC tərəfindən ən yüksək beynəlxalq tələblərə cavab verən yerüstü peyk idarəetmə mərkəzlərindən dayanıqlı və fasiləsiz idarə edilməkdədir.
Daha ətraflı məlumatı www.azercosmos.az saytından əldə etmək olar.
“Azərspace-1” peyki ilə yayımlanan kanalların sayı 50-yə çatdırılıb
Müştəri marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə "Azərspace-1" peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması və rəngarəngliyinin genişləndirilməsi davam edir.Cari ilin 6 iyul tarixindən etibarən "Azərspace-1" peykindən ayı-ayrı ölkələrin ingilis, rus və türkdilli olmaqla 30-dan çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanılıb. Yeni kanalların qəbul tezliyi – 11094 MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/svə11135MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/s-dir. Kanalların seçimində dil, yaş, janr qrupları və tamaşaçı kütlələrinin başlıca maraq dairələri nəzərə alınıb.
Xatırladaq ki, artıq 1 aydan çoxdur ki, "Azərspace-1" peykindən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, İctimai TV, CBC Azerbaijan, Xəzər TV və Azad Azərbaycan TV) və bır sıra farsdilli kanallar da yayımlanmaqdadır. Hazırda, ümumilikdə "Azərspace-1" peykindən yayımlanan kanalların sayı 50-yə çatmışdır vəyayımlanan televiziya və radio kanallarının sayının mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur.
"Azərspace-1" peyki 2013-cü ilin fevral ayında 46 dərəcə şərq uzunluğundakı orbitə çıxarılmış və cari ilin may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb. "Azərspace-1" peykinin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir və peyk "Azərkosmos" ASC tərəfindən ən yüksək beynəlxalq tələblərə cavab verən yerüstü peyk idarəetmə mərkəzlərindən dayanıqlı və fasiləsiz idarə edilməkdədir.
Daha ətraflı məlumatı www.azercosmos.az saytından əldə etmək olar.
Baxış sayı: 6578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı