12px13px15px17px
Tarix:08/07/13

Rusiyada smartfonların satış həcmi ilin əvvəlindən 47% artıb

2013-cü ilin ilk yarımilliyində Rusiyada smartfonların satış həcmi 47% artaraq 7 milyon qurğu olub. "Svyaznoy" şirkətlər qrupunun hesabatına əsasən, mobil telefonlar satışlarının 43%-ni smartfonlar təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, eyni zamanda, ekspertlər deyiblər ki, adi mobil telefon satışlarının həcmi 23% azalıb. "Beləliklə, mobil telefonlar bazarı tərk edərək estafeti "ağıllı" qurğulara verirlər" –"Svyaznoy"un analitikləri hesab edirlər.

Bu ilin ilk yarımilliyində lider istehsalçılar arasında satış həcminə görə cüzi dəyişikliklər olub: "Apple" şirkəti üçüncü yerdə qərarlaşıb. "Samsung" və "Nokia" şirkətləri müvafiq olaraq birinci və ikinci yerləri bölüşdürürlər.

"Getdikcə çoxfunksionallıq trendi güclənir və o, artıq "standart" (internetə çıxış, sosial şəbəkə və tətbiqlərlə iş, foto və video üzərində işləmək üçün genişləndirilmiş funksional) imkanlarla məhdudlaşmır, - analitiklər qeyd edirlər. İstifadəçilər daha çox imkan görmək arzusundadırlar".

Emil Hüseynov



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024