12px13px15px17px
Tarix:08/07/13

Yüksək Texnologiyalar Parkı ilə bağlı müsabiqə elan edildi


 
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı  - "YT Park" MMC müsabiqə elan edir.
 
Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə Yüksək Texnologiyalar Parkı yaradılıb.

Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili və idarə olunması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC yaradılıb və 24 aprel 2013-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hazırda Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili üçün ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün "Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC tərəfindən müvafiq tədbirlər görülür.

Bununla əlaqədar olaraq, Yüksək Texnologiyalar Parkı üçün ayrılmış torpaq sahəsinin konsepsiya və dizayn işlərinin hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində olan "Yüksək Texnologiyalar Parkı  - "YT Park" MMC müsabiqə elan edir. Əlavə məlumatların əldə edilməsi üçün müsabiqədə iştirak etmək istəyən şirkətlərin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı  - "YT Park" MMC-nin rəhbərliyinə müraciət etməsi xahiş olunur.
 
 
Ünvan: İnşaatçılar prospekti 2,
www.hightech.az,

e-mail: info@hightech.az

Tel: 012-538-48-90




Baxış sayı: 2232

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024