12px13px15px17px
Tarix:08/07/13

Şəbəkələr üzrə səsin paket ötürülməsi texnologiyası tədricən populyarlaşır

“Infonetics Research” analitiklərinin tədqiqatına əsasən, LTE (VoLTE) şəbəkələri üzrə səsin paket ötürülməsi texnologiyası tədricən populyarlaşır, lakin mobil operatorlar bu məsələ ilə 2015-ci ildən sonra ciddi məşğul olacaqlar. “VoLTE” xidmətlərin işlək avadanlıqlara inteqrasiyası ilə bağlı bir sıra texniki problemlər onların inkişafına mane olur.

Qeyd edək ki, alternativ texnologiyalar artıq standart mobil şəbəkələr vasitəsilə LTE qurğulardan zənglər etməyə imkan verir. Belə ki, LTE dəstəkli telefon satın almış abunəçinin narahatçılığına ehtiyac yoxdur. “CSFB” (Circuit Switched FallBack) texnologiyası bu cür imkanı təmin edir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sözügedən texnologiyanın köməkliyi ilə məlumatlar dördüncü nəsil şəbəkələrinə ötürülür və smartfon səs çağırışı üçün “3G” və ya “GSM” şəbəkəsinə qoşulur, bundan sonra yenidən LTE şəbəkəsində qeydiyyata alınır. Operatorlar “CSFB” xidmətini həvəslə istifadə edirlər və eyni zamanda onlar hələ “VoLTE” xidmətlərinin işə salınmasında kommersiya baxımından  məqsədəuyğunluq görmürlər.

Onlar qlobal telekommunikasiya bazarında qeyri-bərabər paylanıblar. “Infonetics” şirkətinin proqnozuna əsasən, 12 ədəd “VoLTE” kommersiya şəbəkəsi yaranacaq və ilin sonunadək təxminən 8 milyon abunəçi olacaq. Abunəçilərin təxminən 75%-i Asiya-Sakit okean regionunun payına düşəcək. Hazırda Cənubi Koreyanın “SK Telecom” operatoru “VoLTE” xidmətini təklif edir. Onun 3,6 milyon abunəçisi sözügedən texnologiyadan istifadə edir.

Emil Hüseynov
 



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024