Tarix:09/07/13
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən xidmət İranın milli poçt xidməti tərəfindən idarə olunacaq. Ölkənin hər bir sakininə unikal elektron poçt ünvanı təqdim ediləcək.
Xatırladaq ki, İranda milli poçt xidmətinin yaradılması üzərində müzakirə artıq bir neçə ildir gedir. Bununla yanaşı, rəsmi Tehran tez-tez Qərbin elektron poçt xidmətlərinə çıxış imkanını bloklayır. Hazırda İranda “Gmail” və “Yahoo Mail” xidmətləri əlçatmazdır. Bundan başqa, İranda şəxsi virtual şəbəkələrin yaradılması qadağandır, çünki onların vasitəsilə anonim məlumatların ötürülməsi mümkündür.
Rəsmi statistikaya əsasən, hazırda İranın əhalisi təxminən 75 milyondur və onların təxminən 50%-i internetdən istifadə edir.
Emil Hüseynov
İran milli elektron poçt xidmətini istifadəyə verib
İran dövlət televiziyası məlumat verib ki, bazar ertəsindən etibarən ölkə ərazisində tamamilə açıq proqram təminatı üzərində yazılmış milli elektron poçt xidməti istifadəyə verilib. İnformasiya və rabitə texnologiyaları naziri Məhəmməd Həsənin sözlərinə görə, İran proqramçıları xidmətin proqram təminatını, demək olar ki, özləri yazıblar.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən xidmət İranın milli poçt xidməti tərəfindən idarə olunacaq. Ölkənin hər bir sakininə unikal elektron poçt ünvanı təqdim ediləcək.
Xatırladaq ki, İranda milli poçt xidmətinin yaradılması üzərində müzakirə artıq bir neçə ildir gedir. Bununla yanaşı, rəsmi Tehran tez-tez Qərbin elektron poçt xidmətlərinə çıxış imkanını bloklayır. Hazırda İranda “Gmail” və “Yahoo Mail” xidmətləri əlçatmazdır. Bundan başqa, İranda şəxsi virtual şəbəkələrin yaradılması qadağandır, çünki onların vasitəsilə anonim məlumatların ötürülməsi mümkündür.
Rəsmi statistikaya əsasən, hazırda İranın əhalisi təxminən 75 milyondur və onların təxminən 50%-i internetdən istifadə edir.
Emil Hüseynov
Baxış sayı: 912
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib